Sağlamlıq imkanları məhdud uşaqlar üçün təbiət gəzintisi təşkil olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-cı il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, müvafiq kateqoriyadan olan uşaqların asudə vaxtının səmərəli təşkili istiqamətində də tədbirlər davam etdirilir.
Bu məqsədlə növbəti tədbir Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı əsasında, “5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” ərəfəsində baş tutub.
Sosial könüllülərin də iştirak etdiyi tədbirdə sağlamlıq imkanları məhdud uşaqların Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyası təşkil olunub. Burada onlar Dövlət Təbiət Qoruğunun İnformasiya Mərkəzini gəzib, təbiət gözəlliklərinə tamaşa ediblər. Həmçinin, ekskursiya zamanı tədbir iştirakçıları üçün çay süfrəsi təşkil olunub. Təbiət gəzintisi Nəbatat bağında davam etdirilib.
Qeyd edək ki, bu həftə müvafiq kateqoriyadan olan uşaqlar üçün keçirilən distant dərslər və məşğələlər də təbiət mövzusuna həsr edilib. Sağlamlıq imkanları məhdud uşaqlar sözügedən mövzuda keçirilən dərslərdə fəal iştirak edib, mövzu ətrafında fikir mübadiləsi aparıblar.

744279
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
157
933
4669
23053
744279

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg