Hərbi xidmətdən tərxis edilmiş gənc­lərin məşğulluqlarının təmin olunması ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Səfərbərlik, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə hərbi xidmətdən tərxis edilmiş gənc­lərin məşğulluqlarının təmin olunması ilə bağlı tədbir keçirilib.

Tədbiri xidmətin Naxçıvan Şəhər İdarəsinin rəisi, mayor Anar Aqilov açıb. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Elmar Eyvazov bildirib ki, 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yan­var tarixli Sərəncamı ilə qəbul olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikamızda məşğulluq məsələlərinin həll olunmasında mühüm əhəmiyyətə malikdir. Proqramın uğurlu icrasının nəticəsidir ki, Naxçıvan Şəhər Məşğulluq Mərkəzi tərəfindən hərbi xidmətdən tərxis olunmuş şəxslərin məşğulluqlarının təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu gün keçirilən görüşün məqsədi də hərbi xidmətdən yeni tərxis olunmuş gənclərə əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslar haqqında məlumatlar vermək, onları boş iş yerləri ilə tanış etməkdir.
Diqqətə çatdırılıb ki, müxtəlif peşələrə yiyələnmək istəyənlər qeydiyyata alınaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzinə təhsil almaq üçün göndəriləcəklər.
Sonra gənclər onlara təqdim edilən boş iş yerləri ilə tanış olublar.
Hərbi xidmətdən yeni tərxis olunmuş Ayturan Kərimli onlar üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib.

743838
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
649
841
4228
22612
743838

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg