Tikinti sahələrində əməyin mühafizə qaydalarına riayət olunması diqqət mərkəzində saxlanılır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işçilər üçün müvafiq əmək şəraitinin yaradılmasına, 

istehsal müəssisələrində işçilərin əməyin mühafizəsi qaydalarına riayət etməsinə nəzarət tədbirləri davam etdirilir və bu sitiqamətdə müvafiq işlər həyata keçirilir.
Muxtar respublikada geniş vüsət alan tikinti-quruculuq tədbirləri çərçivəsində, müvafiq əmək normalarına riayət olunması da Nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Təbii ki, tikinti sahələrində işə başlamazdan əvvəl işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ən vacib məsələlərdən biridir. Bununla bağlı, əmək qanunvericiliyində və digər normativ hüquqi aktlarda əməyin mühafizəsinin təşkilinə dair konkret tələblər müəyyənləşdirilib. Yalnız bu tələblərin icrası mümkün olduqda, müvafiq dövlət orqanları tərəfindən təmir-tikinti işlərinin başlanılmasına icazə verilir. Bu baxımdan tikinti sahələrində çalışan hər bir işçi lazımi fərdi mühafizə vasitələri ilə təmin edildikdən sonra işə cəlb olunmalı, yüksəklikdə işləyən zaman ayaqaltıların qurulmasına, qoruyucu kəmərdən istifadə olunmasına daim nəzarət edilməlidir. Tikinti sahəsi tullantılardan gündəlik olaraq təmizlənməli, işçilər üçün sağlam gigiyena-məişət şəraitinin yaradılması işəgötürən tərəfindən təmin edilməlidir. Bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə birgə aparılan monitorinqlər zamanı, sözügedən tələblər diqqətdə saxlanılır, fərdi mühafizə vasitələrindən istifadə etməyən işçilər tikinti sahələrindən uzaqlaşdırılırlar. Eyni zamanda, əməyin mühafizəsi və texniki təhlükəsizlik norma və qaydaların pozan işəgötürənlər inzibati məsuliyyətə cəlb edilirlər.

717855
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
583
1048
5035
23974
717855

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg