Özünüməşğulluq proqramına cəlb edilmiş sakinlərlə növbəti maarifləndirici görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası nəticəsində, muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslər аktiv əməyə cəlb еdilir, onların məşğulluqlarının təmin оlunmаsı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Artıq bir neçə ildir icra olunan özünüməşğulluq proqramı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və müvafiq qurumlar tərəfindən, özünüməşğulluq fəaliyyətinin təşkilinə paralel olaraq, regionlarda verilən aktivlərdən səmərəli və düzgün istifadənin təmin olunması məqsədilə maarifləndirmə tədbirlərinin icrası da davam etdirilir.
Bu tədbirlərin davamı olaraq, avqust ayının 29-da Kəngərli rayonunda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Baytarlıq Xidməti, Dövlət Sığorta Xidməti Publik Hüquqi Şəxsi və yerli icra hakimiyəti əməkdaşlarının, həmçinin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun nümayəndəsinin iştirakı ilə özünüməşğulluq proqramına cəlb edilmiş yerli sakinlərlə görüş keçirilib. Görüşdə aktivlərdən təyinatına uyğun istifadə edilməsi, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılması, sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələr zamanı sığortaçının üzərinə götürdüyü öhdəliklər və aktivlərdən qanunsuz istifadə hallarının yaratdığı hüquqi məsuliyyətə dair maarifləndirmə işi aparılıb. Əlavə olaraq, tədbirdə mövcud ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsinə dair dəstək tədbirlərinin icrası ilə bağlı müzakirələr olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, verilən aktivlərdən daha səmərəli istifadə etməyə çalışacaqlarını bildiriblər.

717823
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
551
1048
5003
23942
717823

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg