Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib

Tədbirdə nazir Nicat Babayev məruzə ilə çıxış edərək bildirib ki, ötən mövsümün göstəricilərinə əsasən, sağlamlıq imkanları məhdud qadınlar tərəfindən toxunmuş 2500 cüt corab, 800 yun jilet və 100 ədəd boyunluq haqqı ödənilərək təhvil alınıb, hərbi hissələrə verilib. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə muxtar respublikada fəaliyyət göstərən 782 qazanxanada müvafiq yoxlama işləri aparılıb. Mövsümi işçilər üçün maarifləndirmə tədbirləri icra olunub. İşaxtaran şəxslərin vakant iş yerlərinə göndərilməsi məqsədilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində “Qazanxana maşinisti” peşəsi üzrə təşkil olunmuş 4 kursa 80 nəfər cəlb edilib. Bundan əlavə “Qaz avadanlıqlarının təmiri və istismarı üzrə qazpaylayıcı stansiyanın operatoru” üzrə 2 ixtisasartırma kursunda 20 nəfər iştirak edib.
Nazir qeyd edib ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2022-2023-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığını diqqətdə saxlamaq, peşə müəssisəsində qazanxana maşinisti ixtisası üzrə kurslar təşkil etmək, hərbi hissələr üçün yun şərf və corabların toxunması işini davam etdirməklə bağlı tapşırıqlar verilib.
Vurğulanıb ki, bu tapşırıqların icrası çərçivəsində Ahıllar Evinin və bərpa müəssisələrinin qış mövsümünə hazırlığı diqqətdə saxlanılmalı, sosial xidmət göstərilən tənha ahıl və sağlamlıq imkanları məhdud şəxslər payız–qış mövsümü ilə əlaqədar ehtiyaclarına uyğun mövsümi ləvazimat və digər zəruri vasitələrlə təmin edilməlidir. İstilik sistemləri üzrə ixtisaslı kadrların hazırlanması və qaz təsərrüfatında çalışanların ixtisas hazırlığına cəlb olunması məqsədilə peşə kursları təşkil edilməli, sağlamlıq imkanları məhdud qadınlar tərəfindən hərbi hissələr üçün isti qış geyimlərin toxunuşu davam etdirilməlidir.
Əlavə edilib ki, Nazirlik və struktur təşkilatlarında qazanxanalar yoxlanılmalı, istilik sistemləri qışa hazır vəziyyətə gətirilməlidir. Bu istiqamətdə aşkar olunan çatışmazlıqlar aradan qaldırılmalı, xidməti avtomobillərin payız-qış mövsümünə hazırlığına diqqət artırılmalıdır.
Tədbirin gedişində, Nazirliyin strukturuna daxil olan təşkilatların rəhblərinin mövsümi hazırlıqlar bağlı görülən işlər və nəzərdə tutulan tədbirlərə dair çıxışları dinlənilib, bu istiqamətdə mövcud çatışmazlıqların aradan qaldırılması üçün müzakirələr aparılıb. İclas müvafiq tapşırıqların icrası ilə əlaqədar tərtib olunmuş “Tədbirlər Planı”nın oxunuşu ilə başa çatdırılıb.

717841
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
569
1048
5021
23960
717841

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg