15 Sentyabr – Bilik Günü münasibətilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində tədbir təşkil olunub

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev yeni tədris ilinin başlanması münasibətilə müəssisəyə cəlb edilmiş müvafiq kateqoriyadan olan uşaqları təbrik edib, onlara yeni tədris mövsümündə uğurlar arzu edib. Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində, Naxçıvan Muxtar Respublikasında sosial qayğıya ehtiyacı olan uşaqlar yüksək diqqət və qayğı ilə əhatə olunur, onların hərtərəfli inkişafı məqsədilə müvafiq tədbirlər icra edilir. Nazir əlavə edib ki, ötən müddət ərzində, sağlamlıq imkanları məhdud uşaqların təhsil müəssisələrinə cəlbi istiqamətində kompleks tədbirlər həyata keçirilib, tədris müəssisələrində tolerant təhsil mühitinin monitorinq və təhlili aparılıb, zəruri hallarda maarifləndirici görüşlər keçirilib. Həmçinin son dövrlərdə, muxtar respublikada fəaliyyət göstərən tibbi və sosial reabilitasiya müəssisələrinin fəaliyyəti daha da təkmilləşdirilib, bu məqsədlə bir sıra yeniliklər tətbiq edilib.
Vurğulanıb ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin fəaliyyəti bu sahədə mühüm əhəmiyyətə malikdir. Hazırda, müəssisədə Distant Tədris Mərkəzi, müxtəlif defektoloji bölmələr, psixoloji dəstək xidməti, təlim-bərpa və müxtəlif terapiya otaqları mövcuddur. Bununla yanaşı, mərkəzdə görmə məhdudiyyətli şəxslər üçün brayl displeylər, sürətli internet, həmçinin elektron kitabxana və audio studiya fəaliyyət göstərir.
N.Babayev sağlamlıq imkanları məhdud uşaqlara göstərilən yüksək qayğıya və yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirib.
Daha sonra çıxış edən Mərkəzin direktoru Minurə Əliyeva, yeni tədris ilində qarşıya qoyulan vəzifələrdən danışıb, cari tədris ilində tətbiq olunacaq yeniliklərdən bəhs edib. Görüşdə iştirak edən valideynlər, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Tədbirin davamında, tədris otaqlarına, o cümlədən Distant Tədris Mərkəzinə baxış keçirilib, pedaqoji heyətlə fikir mübadiləsi aparılıb.
Əlavə edək ki, bu il hərəkət qabiliyyəti məhdud uşaqların təhsil imkanlarını genişləndirmək üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılıb.
Evdən tədrisə qoşulan şagirdlər digər həmyaşıdları kimi dərs ləvazimatları, məktəbli geyimi ilə təmin olunub, yaşadığları evlər distant tədris üçün zəruri olan internet xətti və kompyuter avadanlıqları ilə təchiz edilib. Uşaqlara və valideynlərinə distant tədris prosesinin gedişinə uyğun müvafiq təlimatlar verilib.

743883
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
694
841
4273
22657
743883

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg