Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nin iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə yaradılmış "Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nin 1 illik fəaliyyətinin nəticələrinə dair iclas keçirilib.
İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev bildirib ki, postmüharibə dövründə bərpa-quruculuq tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, o cümlədən şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı ölkəmizdə sosial siyasətin əsas istiqamətinə çevrilib. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikamızda sistemli xarakter alıb. İlk gündən, Vətən Müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə xüsusi diqqət, qayğı ilə yanaşılıb, onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunub, bu istiqamətdə sosial dəstək tədbirləri həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sahəsində, bu kateqoriyadan olan şəxslərin mənzil və avtomobillərlə təminatı diqqət mərkəzində saxlanılıb, sağlamlığını itirmiş insanlara müvafiq dərəcələrin təyin olunması istiqamətində zəruri addımlar atılıb. İkinci Qarabağ müharibəsindən sonra, 43 sosial qayğıya ehtiyacı olan ailə mənzillərlə təmin olunub, 44 şəxsə minik avtomobili təqdim edilib. Nazir əlavə edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə "Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” yaradılıb və nəticədə müvafiq qurumlar arasında qarşılıqlı əməkdaşlıq gücləndirilib. Ötən 1 il ərzində, vahid əlaqələndirmə mərkəzləri tərəfindən bir sıra işlər görülüb, bu sahədə elektron baza hazırlanaraq istifadəyə verilib. Qeyd olunub ki, elektron bazanın istifadəyə verilməsi, şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının müraciətləri üzrə icra tədbirlərinin operativliyini və səmərəliliyini artırıb, onlara tətbiq edilən güzəşt və imtiyazların mərkəzləşdirilmiş qaydada tətbiqini asanlaşdırıb. Həmçinin, elektron baza vasitəsilə, mərkəzlərə edilən müraciətlər zamanı görülmüş işlər haqqında məlumatları daha asan əldə etmək mümkün olur ki, nəticədə müvafiq kateqoriyadan olan şəxslərin qəbulu daha keyfiyyətlə aparılıb.
Vurğlanıb ki, müharibə ilə əlaqədar xəsarət almış şəxslərdən 79 nəfərə ilkin sağlamlıq imkanlarının məhdudluğu və avtomobil, 5 nəfərə isə mexaniki təkərli oturacaq təyin edilib. Naxçıvan Muxtar Respublikasında yaşayan Vətən müharibəsi zamanı sağlamlıqlarını itirən şəxslərə nümunəvi tibbi xidmət göstərilməsi məqsədilə bərpa mərkəzlərinə müasir avadanlıqlar alınıb. Həmçinin, 37 nəfər müharibə zamanı sağlamlığını qismən itirmiş şəxsə 49 ədəd texniki və köməkçi reabilitasiya vasitəsi verilib.
Şəhid ailələri və xüsusi səbəbdən sağlamlıq imkanları məhdud olan şəxslərin sanatoriya-kurort göndərişləri ilə təmin edilməsi diqqətdə saxlanılıb. Bu kateqoriyadan olan 18 nəfər putyovkalarla təmin olunub. Həmçinin, 26 nəfərə müvafiq reabilitasiya müəssisələrinə göndərişlər verilib. Şəhid ailələri üzvləri və müharibə iştirakçılarından 57 nəfərlə psixoloji seanslar aparılıb. Əmək pensiyası hüququ olmayan 4 nəfər II Qarabağ müharibəsi iştirakçısına və 39 nəfər şəhidin uşaqlarına sosial müavinət təyin edilib. Həmçinin, 120 şəhidin 281 ailə üzvünə, 72 nəfər müharibə zamanı sağlamlığını qismən itirmiş şəxsə və 1081 nəfər müharibə veteranına Prezident təqaüdü təyinatı aparılıb.
Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanı əsasında yaradılmış “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu” tərəfindən 24 nəfərin muxtar respublikadan kənarda müalicəsinə köməklik göstərilib, 42 ailənin məişət şəraiti yaxşılaşdırılıb, 22 nəfərin təhsil haqqları və kredit borcları ödənilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, II Qarabağ müharibəsi ilə əlaqədar 50 nəfər müvafiq kateqoriyadan olan şəxsin özünüməşğulluğu təmin edilib. Həmçinin, 16 şəhid ailəsi üzvü işlə təmin olunub, 5 nəfər isə peşə kurslarına göndərilib.
Nicat Babayev şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirib.
Nazirliyin şöbə müdiri Elmin Fərəcov isə çıxışında ötən bir il ərzində görülmüş işlər haqqında məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə mənzil təminatı ilə bağlı 224, avtomobil təminatı ilə bağlı 66, sağlamlıq imkanları məhdudluğun təyinatı ilə bağlı 54, mənzil təmiri ilə bağlı 47, işlə bağlı 36, kredit borcunun ödənilməsi ilə bağlı 18, özünüməşğulluq proqramına cəlb olunmaqla bağlı 18, maddi köməklik göstərilməsi ilə bağlı 17 və digər sahələr üzrə 103 müraciət daxil olub. Şəhid ailələri və müharibə ilə əlaqədar xəsarət almış əlilliyi müəyyən edilən hərbi qulluqçular Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair müvafiq arayışlarla təmin edilib, həmin şəxslərin müraciətlərinə qanunamüvafiq baxılıb.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi Lətif Şükürlü və Şərur Rayon İcra Hakimiyyətinin şöbə müdiri Xəyal Bağırovun ötən dövr ərzində görülmüş işlərə dair çıxışları dinlənilib, Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin əməkdaşı Yavər Abbasov tərəfindən slaydlar vasitəsilə görülən işlərə dair illik statistik göstəricilər nümayiş etdirilib.
Məlumat verilib ki, yerli icra hakimiyyəti orqanları tərəfindən 14 nəfərə mənzil təmiri və kommunal xətlərinin çəkilməsi ilə bağlı köməklik olunub, 37 nəfər şəhid ailəsi üzvü və 5 nəfər müharibə zamanı sağlamlıq imkanlarını qismin itirmiş şəxsin məşğulluğu təmin olunub, 21 ailənin üzvünə bələdiyyə mülkiyyətinə məxsus torpaq sahəsinin icarəsi ilə bağlı dəstək göstərilib, həmçinin təmir-tikinti, abadlaşdırma və yol çəkilişi ilə bağlı 52 şəhid ailəsinin müraciəti müsbət həll olunub. Bundan əlavə, müalicə və sənədləşmə ilə əlaqədar edilmiş müraciətlərlə bağlı da zəruri işlər görülərək, məlumatları elektron bazaya daxil edilib.
Tədbirdə görülmüş işlərə dair müzakirələr aparılıb.

717426
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
154
1048
4606
23545
717426

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg