Ölkəmizin digər regionlarından olan sosial qayğıya ehtiyacı olan şəxslərin muxtar respublikaya növbəti səfəri təşkil olunub

Naxçıvan Muxtar Respublikasında xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, habelə müalicə və istirahətlərinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi nəticəsində göstərilən xidmətlərin keyfiyyəti ilbəil artırılır, əhatə dairəsi genişləndirilir.
Artıq bir müddətdir ki, bu tədbirlər ölkəmizin digər regionlarından olan müvafiq kateqoriyadan olan şəxsləri də əhatə etməkdədir. Bu məqsədlə, onların muxtar respublikaya mütəmadi səfərləri təşkil olunur.
Bu tədbirlərin davamı kimi, ölkəmizin digər regionlarından olan bir qrup sağlamlıq imkanları məhdud şəxsin və şəhid ailəsi üzvlərinin bu günlərdə muxtar respublikaya səfəri təşkil olunub. Onlar burada yaradılan şəraitdən bəhrələnməklə, Naxçıvan Diaqnostika Mərkəzində, Darıdağ arsenli su müalicəxanasında və “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər. Əlavə olaraq, səfər müddətində qonaqların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Naxçıvan şəhərində yerləşən və şərq memarlığı incilərindən biri olan “Möminə Xatun” türbəsinə, “Əcəmi” seyrangahında təşkil olunmuş açıq səma altında muzeyə ekskursiyası baş tutub, daha sonra qonaqlar “Əshabi-Kəhf” dini-mədəni abidə kompleksini ziyarət ediblər. Ziyarətin ardından “Sahil Parkı”nda çay süfrəsi təşkil olunub.
Qeyd edək ki, ölkəmizin digər bölgələrindən muxtar respublikaya bu kimi səfərlərin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.

717796
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
524
1048
4976
23915
717796

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg