2 Aprel - Dünya Autizm Məlumatlandırma Günüdür

Autizm sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2011-ci ildən 2 aprel tarixi “Dünya Autizm Məlumatlandırma Günü” kimi qeyd olunur. Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək,

maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır.
Qeyd edək ki, Autizm sindromu ilk dəfə psixoloq Leo Kanner tərəfindən 1943-cü ildə təyin olunub. Kanner 11 uşaqda gördüyü oxşar xüsusiyyətləri müəyyən edərək, bu sindroma “erkən uşaqlıq Autizmi” adını verib. Daha sonra 1944-cü ildə isə Avstriyalı psixiatr Hans Asperger də bir qrup uşaqda gördüyü bəzi davranışları “Autist Psixopatiya” olaraq adlandırıb.
Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxminən 1 faizi yəni 70 milyona yaxın insan autizmdən əziyyət çəkir. Son dövrlərdə uşaqlarda ən çox rast gəlinən xəstəliklər sırasında da bu sindromdan əziyyət çəkənlər çoxluq təşkil edir. Autizm sindromlu uşaqlarda artıq 2-3 yaşdan etibarən xəstəliyin ilkin simptomları özünü büruzə verir. Ən dəqiq diaqnoz uşağın 3 yaşında qoyula bilər. Lakin, valideynin uşaqda olan dəyişikliyi daha tez hiss etməsi mümkündür. Bu sindromun müxtəlif növləri var. Bunlardan Asperger sindromu, atipik autizm və uşaq autizmi son dövrlərdə daha geniş yayılıb. Uşaq autizmində 3 yaşa qədər inkişafda ləngimələr, stereotip hərəkətlər, ünsiyyətdə problemlər, ətraf mühiti anlamaqda problemlər və s. kimi əlamətlər xarakterikdir. Bu xəstəliyin irsilik dərəcəsi çox azdır. Ümumilikdə, qeyd etmək olar ki, Autizm müxtəlif səbəblərlə bağlı olaraq uşaqlığın ilk üç ili ərzində ünsiyyət və sosial bacarığın olmamasının nəticəsi kimi özünü göstərən məhdud maraq və təkrarlayıcı hərəkətlərlə ortaya çıxan kompleks bir inkişaf pozuntusudur. Autizmin ağır və yüngül dərəcələri var. Autizmin əsas xüsusiyyətləri nitqi qavramamaq, özünəqapanma, mümkün dəyişikliyə kəskin reaksiya vermək, eyniliyi davam etdirməyi tələb etmək, zaman və məkan anlayışlarının olmaması, insanlarla sosial münasibətlərin zəif olmasıdır. Bu sindroma səbəb olaraq irəli sürülən ehtimallar genetik faktorlar, genetik uyğunsuzluq, sosial faktorlar, psixoloji səbəblər olaraq sıralanır.
Yuxarıda göstərilənləri nəzərə alsaq, sözügedən sindromlu uşaqların 2 yaşdan etibarən təlimlərə cəlb olunması vacib şərtlərdəndir. Valideynlərin bununla əlaqədar, nevrepatoloqa və mütəxəssislərə müraciət etməsi vacib amildir. Eyni zamanda, bu məqsədlə keçiriləcək təlimlərin düzgün təşkil olunması, bu halda uşağın psixoloji yaşının nəzərə alınması mühüm əhəmiyyətə malikdir. Buna görə də təlimlər zamanı, mütəxəssislər hər bir uşağa fərdi və düzgün yanaşmalı və təlimdən əvvəl konsultasiya işi dəqiq aparılmalıdır.
Ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da Autizm sindromlu şəxslər hərtərəfli dövlət qayğısı əhatəsindədirlər. Bu gün muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin tibbi və sosial reabilitasiyasının təşkili üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro¬qramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir. Təbii ki, autizm sindromlu uşaqlar da bu diqqət və qayğıdan kənar qalmır. Naxçıvan Muxtar Respublikasında bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyalarını təmin etmək məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində və Bərpa Mərkəzlərində müvafiq xidmətlər yaradılıb, mərkəzlər bu istiqamətdə bütün zəruri avadanlıqlarla təchiz edilib. Həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, nitq məhdudiyyəti olan, zehni inkişafın ləngiməsi, autizm və daun sindromlu uşaqlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmək məqsədilə Şərur və Ordubad rayonlarında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölməsinin filialları təşkil edilib.
Təbii ki, muxtar respublikada sosial-¬iqtisadi sahədə dinamik inkişafın təmin olunması bundan sonra da məhdud fiziki imkanlı şəxslərin rifahının daha da yaxşılaşmasına, onlara göstərilən tibbi və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yüksəlməsinə səbəb olacaqdır.

743140
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
792
2738
3530
21914
743140

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg