Sosial könüllülər Ordubad rayonunda sosial xidmət göstərilən tənha ahıllara baş çəkiblər

Bu gün muxtar respublikamızın ahıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi nəticəsində, ahıl vətəndaşlarımızın da rifahı yüksəlib, onlara göstərilən xidmətlərin həcmi və keyfiyyəti artırılıb.
Bu gün muxtar respulikada tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan ahıllara evlərində və Ahıllar Evində zəruri sosial xidmətlər göstərilir. Onların sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları üçün səyyari xidmətlər göstərilir. Asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra tədbirlər o cümlədən, əl işlərindən ibarət sərgi-satışlar, muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintiləri təşkil olunur.
Bununla yanaşı, artıq bir müddətdir ki, bu istiqamətdə təşkil edilən tədbirlərdə sosial könüllülərin də iştirakı təmin edilir, onların köməyə ehtiyacı olan tənha ahıllarla görüşləri uğurlu bir ənənəyə çevrilir.
Hər il olduğu kimi, bu ildə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Gənclər Fondunun birgə təşkilatçılığı ilə tənha ahılların soyuq hava şəraiti ilə əlaqədar ehtiyaclarına uyğun ləvəzimatlarla təmin olunması məqsədilə zəruri işlər həyata keçirilir. Bu məqsədlə, Sosial könüllülər həftəsonu Ordubad rayonunda olub, rayon ərazisində sosial xidmət göstərilən tənha ahıllara baş çəkiblər. Mövsümi hazırlıqla əlaqədar, tənha ahılların yaşayış sahələrində müvafiq avadanlıqlarının quraşdırılmasında iştirak edib, məişət işlərində köməklik göstəriblər.
Ahıl vətəndaşlar, göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

392798
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
610
431
4544
3273
392798

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg