Şərur rayonunun Alışar kəndi müasir görkəmə qovuşub

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafın yeni mərhələsindədir. Quruculuq işlərinin və sosial proqramların miqyasının genişlənməsi dövlət-xalq birliyini daha da möhkəmləndirir. Şərur rayonunun Alışar kəndində müasir məktəb binasının və avtomobil yolunun istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.
Alışar kənd tam orta məktəbinin
yeni binası istifadəyə verilib.
Noyabrın 10-da Alışar kənd tam orta məktəbinin yeni binasının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Məlumat verilib ki, məktəb 2004-cü ildə tikilib, 2022-ci ildə isə yenidən qurulub. 2 mərtəbədən ibarət olan 342 şagird yerlik məktəbdə 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, şahmat sinfi, direktor, direktor müavini, idman müəllimi, kompüter, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı yerləşir. Məktəbin kitabxana fondunda 3225 kitab vardır.
STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılıb. Kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “3D printerdə çap olunan kreativ mexatronik saat”, “Naqilsiz enerji mənbəyi” və “Missiya robotunun kodlaşdırılması” layihələrini təqdim ediblər.
Müəllimlərdən Şəhla Baxşəliyeva, İntizar Cəfərova və Əmir Murtuzayev yaradılan şəraitə görə minnətdarlıq ediblər.
Məktəbdə internetə çıxışı olan 22 kompüter və 4 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Bayraq Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda keçirilən interaktiv dərsi izləyib.
2022-2023-cü tədris ilində məktəbin birinci sinfinə 16 şagird qəbul olunub. Birinci sinif şagirdi Nəzrin İsmayılova ulu öndərə həsr olunan şeir söyləyib.
İdman zalına baxış zamanı Ali Məclisin Sədri zalda müxtəlif idman yarışlarının keçirilməsi, idmana marağın artırılması barədə tapşırıqlar verib. Hərbi kabinədə məlumat verilib ki, məktəbin bir şagirdi hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir.
Məktəbdəki laboratoriyalarda yaradılan yüksək səviyyəli tədris şəraiti kimya, biologiya və fizika dərslərində keyfiyyətin yüksəlməsinə təkan verəcək, praktiki məşğələlər şagirdlərin biliklərinin möhkəmləndirilməsində mühüm rol oynayacaqdır.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və müəllim Günel Seyid çıxış ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Alışar kənd tam orta məktəbinin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Binanın həyətində bufet və qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb geniş abadlıq işləri aparılıb.

717220
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
996
784
4400
23339
717220

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg