Naxçıvan Muxtar Respublikasında pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsinin şərtləri və qaydaları müəyyən edilib

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nı təsdiq edib. Qərara əsasən, Naxçıvan

Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin şəhər, rayon məşğulluq orqanlarında işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə veriləcəkdir. Aprel ayının ilk günündən tətbiq olunacaq qərarın əsas məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir.  Qeyd edək ki, 2020-ci il üçün yaşayış minimumu 190 manat müəyyən edildiyi üçün birdəfəlik ödəmənin məbləği də 190 manat təyin olunub. Pandemiya şəraitində bu vəsait dövlətin sosial dəstəyi olaraq minimum ərzaq ehtiyaclarını qarşılamaq üçündür.

Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış aşağıda göstərilən kateqoriyaya aid olan şəxslərə ödəniləcəkdir :

- 2020-ci il 1 aprel tarixinə məşğulluq orqanlarında işsiz kimi qeydiyyata alınmış şəxslərə ;

- pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə məşğulluq orqanlarında işsiz kimi qeydiyyata alınmış şəxslərə.

         Aşağıdakı ödənişləri alan işsiz şəxslərə isə birdəfəlik ödəmə təyin edilməyəcəkdir :

-         ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə ;

-         əmək pensiyaçılarına ;

-          aylıq müavinət alanlara ;

-          aylıq təqaüd alanlara ;

-         özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə ;

-         işsizlikdən sığorta ödənişi alanlara ;

-         peşə hazırlığına görə təqaüd alanlara ;

-         2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə ;

-         əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya “Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi”ndə aktiv əmək müqaviləsi bildirişi olanlara ;

-         əri və ya arvadı yuxarıda göstərilən ödəniş növlərindən birini alan  şəxslərə. 

   Eyni zamanda, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanların işsiz kimi qeydiyyata alınmasına yol verilmədiyindən onlara birdəfəlik ödəmə verilməyəcəkdir.

         Əlavə edək ki,birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

Birdəfəlik ödəmənin alınması üçün şəxs telefon və ya elektron poçt vasitəsilə məşğulluq orqanlarına müraciət etməli və sözügedən qurumun əməkdaşları tərəfindən qeydiyyata alınmalıdır. Daha sonra, məşğulluq orqanları tərəfindən yoxlama aparılmaqla müvafiq qərarın qəbul edilməsi təmin ediləcək və bu barədə vətəndaşa məlumat veriləcəkdir.

         Sonda, məlumat üçün muxtar respublikanın şəhər və rayonları üzrə fəaliyyət göstərən məşğulluq orqanlarının əlaqə rekvizitlərini təqdim edirik :

 

Naxçıvan şəhər Məşğulluq Mərkəzi

Əlaqə telefonları: (036) 545-18-35, (036) 545-47-48

Elektron ünvan: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Şərur rayonu Məşğulluq Mərkəzi

Əlaqə telefonları : ( (036) 542-25-96,   (036) 542-29-14

Elektron ünvan : Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

 

Babək rayonu Məşğulluq Mərkəzi

Əlaqə telefonları : ( (036) 541-32-71, (036) 541-32-76

Elektron ünvan : Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Ordubad rayonu Məşğulluq Mərkəzi

Əlaqə telefonu : ( (036) 557-02-16

Elektron ünvan : Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Culfa rayonu Məşğulluq Mərkəzi

Əlaqə telefonu : ( (036) 546-03-30

Elektron ünvan : Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Şahbuz rayonu Məşğulluq Mərkəzi

Əlaqə telefonu : ( (036) 543-02-92

Elektron ünvan : Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Kəngərli rayonu Məşğulluq Mərkəzi

Əlaqə telefonu : ( (036) 548-00-74

Elektron ünvan : Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

Sədərək rayonu Məşğulluq Mərkəzi

Əlaqə telefonu : ( (036) 549-21-47

Elektron ünvan : Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

 

 

 

717698
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
426
1048
4878
23817
717698

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg