Ordubad rayonunda bədən tərbiyəsi və idmanın sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyasında roluna dair maarifləndirici tədbir keçirilib

Çıxışların ardından sözügedən mövzuya dair müzakirələr, izahedici söhbətlər aparılıb, video-çarxlar, slaydlar nümayiş etdirilib.
Tədbirin davamında, Ordubad rayonunda Paralimpiya Federasiyasının stolüstü tennis bölməsi ilə tanışlıq təşkil olunub, bölmənin imkanları haqqında ətraflı məlumat verilib. Daha sonra isə iştirakçılar, rayon ərazisində fəaliyyət göstərən ağırlıqqaldırma üzrə idman zalında olub, yaradılan şəraitlə yerində tanış olublar.
Qeyd edək ki, bu kimi maarifləndirici görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.