Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının yeni binası istifadəyə verilib

Noyabrın 29-da Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış ediblər.
Kitabxananın əməkdaşı Xədicə Hüseynova yaradılan şəraitə görə kitabxanaçılar və oxucular adından dövlətimizə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının yeni binasının istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, kitabxananın kollektivini və oxucuları təbrik edib, əməyi olanlara təşəkkürünü bildirib, fəaliyyətlə bağlı müvafiq tapşırıqlar verib.
Kitabxana ilə tanışlıq zamanı məlumat verilib ki, yeni bina zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Zirzəmidə tərtibatçı rəssam, elektrik, təsərrüfat müdiri, gözətçi, xadimə, texniki işçilər üçün otaqlar, 50 yerlik tədbir zalı, qarderob, bufet, anbar və qazanxana vardır. Birinci mərtəbədə direktor, qəbul, direktor müavini, qeydiyyat və 10 iş otağı, ikinci mərtəbədə 2 oxu zalı və iş otağı, üçüncü mərtəbədə 3 kitab fondu, 2 dövri mətbuat fondu və 2 iş otağı yerləşir. Binada 11 kompüter və elektron lövhə quraşdırılıb.
Hazırda kitabxana fondunda 90 min 786 nüsxə kitab vardır. I-IV siniflər üçün oxu zalında 7 min 119 nüsxə, V-XI siniflər üçün oxu zalında 10 min 217 nüsxə kitab oxucuların istifadəsinə verilib.
Sonra Ali Məclisin Sədri Ana Dili Abidəsinə baxıb. Bildirilib ki, binanın həyətində hündürlüyü 9 metr olan Ana Dili Abidəsi ucaldılıb. Ərazidə abadlıq işləri də görülüb, yaşıllıqlar salınıb, avtomobil dayanacağı yaradılıb.

392698
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
510
431
4444
3173
392698

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg