Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu da əhatə edibdir

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu da əhatə edibdir. Bu il rayonun Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yolu yenidən qurulucaqdır.

Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 

Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb.

Məlumat verilib ki, yenidən qurulan avtomobil yolu Şərur rayonunun 7 yaşayış məntəqəsini əhatə edir. 21 kilometr uzunluğundakı yola asfalt-beton örtük salınacaqdır. İki hərəkət zolağından ibarət olacaq yolun eni 11 metrə qədər genişləndiriləcəkdir. Yolun üzərində 5 körpü tikiləcək, 44 su keçidi qoyulacaq, 10 kilometrə yaxın suaparıcı kanallar çəkiləcəkdir.
Ali Məclisin Sədri mühəndis-texniki tələblərə əməl olunması və tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar verib.

738909
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
219
864
5325
17683
738909

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg