Ölkəmizin digər regionlarından olan sosial qayğıya ehtiyacı olan şəxslərin muxtar respublikaya növbəti səfəri təşkil olunub

Naxçıvan Muxtar Respublikasında xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, habelə müalicə və istirahətlərinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi nəticəsində göstərilən xidmətlərin keyfiyyəti ilbəil artırılır, əhatə dairəsi genişləndirilir.
Artıq bir müddətdir ki, bu tədbirlər ölkəmizin digər regionlarından olan müvafiq kateqoriyalı şəxsləri də əhatə etməkdədir. Bu günlərdə muxtar respublikaya müvafiq kateqoriyadan olan 80-dən artıq şəxsin növbəti səfəri təşkil olunub. Onlar burada yaradılan şəraitdən bəhrələnməklə, Naxçıvan Diaqnostika Mərkəzində, Darıdağ arsenli su müalicəxanasında və “Duzdağ” Fizioterapiya Mərkəzində müalicə alıb, istirahət ediblər. Əlavə olaraq, səfər müddətində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə qonaqların muxtar respublikanın turizm əhəmiyyətli məkanlarına, o cümlədən Naxçıvan şəhərində yerləşən və şərq memarlığı incilərindən biri olan “Möminə Xatun” türbəsinə, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzey Kompleksinə ekskursiyası baş tutub, daha sonra qonaqlar “Əshabi-Kəhf” dini-mədəni abidə kompleksini ziyarət ediblər. Ekskursiyanın davamında, sağlamlıq imkanları məhdud şəxslər üçün “Sahil Parkı”nda çay süfrəsi təşkil olunub.
Bu gəzinti muxtar respublikaya səfər edən sağlamlıq imkanları məhdud şəxslərdə xoş təəsürat yaradıb, göstərilən qayğı və yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, ölkəmizin digər bölgələrindən sağlamlıq imkanları məhdud şəxslərin muxtar respublikaya bu kimi səfərlərinin qarşıdakı dövr ərzində də davam etdirilməsi nəzərdə tutulub.

738834
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
144
864
5250
17608
738834

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg