Sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir, onların zəruri sosial məsələlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Müvafiq kateqoriyalı şəxslərə göstərilən xidmətlərin həcmi və keyfiyyəti daha da artırılır, onların reabilitasiya vasitələri ilə təminatı daim diqqət mərkəzində saxlanılır. Həmçinin, muxtar respublikada dayaq hərəkət sisteminin funksiyalarını itirmiş şəxslərin reabilitasiyası istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edən vətəndaşlara müvafiq protez xidmətləri göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar. Bununla yanaşı, Mərkəzin həkim heyəti və protez-ortoped mütəxəssisləri tərəfindən sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlərin göstərilməsi də davam etdirilir. Bu tədbirlərin davamı olaraq, dekabr ayının 21-də müxtəlif səbəblərdən mərkəzə gəlmək imkanı olmayan sağlamlıq imkanları məhdud şəxslərə Protez-Ortopedik Bərpa Mərkəzinin səyyari xidmətləri göstərilib. Xidmət zamanı məhdud fiziki imkanlı şəxslərdən protez və ortez sifarişləri qəbul edilib, zəruri hallarda protezlər təmir olunub. Eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslər texniki və köməkçi reabilitasiya vasitələri ilə təmin edilib.
Sağlamlıq imkanları məhdud şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

742600
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
252
2738
2990
21374
742600

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg