Qarşıdan gələn bayramlar münasibətilə Ahıllar Evi sakinləri ilə görüş keçirilib

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Şahbuz şəhərindəki Ahıllar evində tədbir keçirilib. Tədbirdə Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşı Cəlal Paşayev, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Vüqar Məmmədov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Könül Babayeva çıxış edərək bildiriblər ki, muxtar respublikamızda ahıl insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunur və bu qayğı ildən-ilə artmaqdadır. Vurğulanıb ki, muxtar respublikamızın ahıl sakinlərinə müxtəlif növ sosial xidmətlərin göstərilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Ahıl insanların sağlamlıqlarının qorunması, tibbi reabilitasiyası da diqqət mərkəzində saxlanılır. Onlar həkim müayinəsindən keçirilir, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları üçün səyyari xidmətlər göstərilir, respublikanın sanatoriya və pansionatlarına göndərişlər verilir. Bununla yanaşı, asudə vaxtlarının səmərəli təşkili üçün bir sıra tədbirlər o cümlədən, yaradıcılıq müsabiqələri, əl işlərindən ibarət sərgilər, keçirilir, muxtar respublikanın tarixi və görməli yerlərinə gəzintiləri təşkil olunur.
Sosial könüllülərin də iştirak etdiyi tədbirin bədii hissəsində Şahbuz rayon Mədəniyyət şöbəsinin “Batabat” İnstrumental Ansamblı sakinlər qarşısında konsert proqramı ilə çıxış edib. Görüşdə sakinlərə bayram hədiyyələri təqdim olunub.
Onlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

716977
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
753
784
4157
23096
716977

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg