Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbiri keçirilib

“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə nazirlikləri ilə birgə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilmişdir. Mərkəzin uşaqları ilə bərabər Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə təhsil alan uşaqlar da iştirak etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Vüsal Süleymanlı çıxış edərək bildiriblər ki, əsası ulu öndərimiz H.Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Çıxış edənlər uşaqlara göstərilən dövlət qayğısından ətraflı bəhs edərək bildirmişlər ki, ölkəmizdə, eləcə də muxtar respublikada uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının qorunması, təhsil almaları, asudə vaxtlarının səmərəli təşkil edilməsi daim diqqət mərkəzində saxlanılır. Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya və adaptasiya olunması istiqamətində tədbirlər görülür, müvafiq uşaqların bacarıq və maraqları nəzərə alınaraq məktəbəqədər, məktəb, məktəbdənkənar təhsil, müalicə və reabilitasiya müəssisələrinə, eləcə də idman və musiqi məktəblərinə cəlb olunurlar.
Çıxış edənlər uşaqları qarşıdan gələn “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibətilə təbrik etmiş, gələcək həyatlarında uğurlar arzulamışlar.
Sonra Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəsmiyyə Xasıyeva uşaqlara göstərilən qayğıya görə Mərkəzin kollektivi və valideynlər adından dövlətimizə minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda uşaqlara bayram hədiyyələri verilmişdir. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının Şaxtababa və Qar qız obrazı ilə çıxışı uşaqlara yüksək ovqat bəxş etmişdir.

717311
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
39
1048
4491
23430
717311

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg