Uşaqlar üçün bayram tədbiri keçirilib

“31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad şəhər M.Füzuli adına tam orta İnternat Məktəbində bayram tədbiri keçirilmişdir.
Çay süfrəsi ətrafında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Ramilə Seyidova, və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Vüsal Süleymanlı çıxış etmişlər.
Çıxış edənlər ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğından bəhs edərək bildirilmişlər ki, əsası ulu öndərimiz H.Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən bu gün ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Uşaqların hüquqlarının və sağlamlıqlarının qorunması, təhsili, milli ruhda təlim-tərbiyəsi, asudə vaxtlarının səmərəli keçirilməsi, dünyagörüşlərinin formalaşması daim diqqət mərkəzində saxlanılır. Həmçinin müvafiq sahədə qəbul olunmuş qanunvericilik aktları və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər haqqında ətraflı məlumat vermişlər.
Çıxış edənlər uşaqları qarşıdan gələn “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” bayramı münasibətilə onları təbrik etmiş, təhsillərində, gələcək həyatlarında uğurlar arzulamışlar.
Sonra təşkilatçılar tərəfindən tədbirdə iştirak edən uşaqlara hədiyyələr verilmişdir. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının Şaxtababa və Qar qız obrazı ilə çıxışı uşaqlara yüksək ovqat bəxş etmişdir.
Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin mahnı və rəqs qrupunun çıxışları nümayiş etdirilmişdir.

743890
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
701
841
4280
22664
743890

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg