Muxtar respublikada nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görülür

Bu sahədə tədbirlər muxtar respublikanın bölgələrində də davam etdirilir, müasir standartlara cavab verən avtovağzallar tikilir, sərnişindaşıma xidməti müasir tələblər səviyyəsində qurulur.
Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində inşa olunacaq 

avtovağzalın layihəsinə və tikinti aparılacaq əraziyə baxıb.
Məlumat verilib ki, avtovağzal müasir layihə əsasında inşa olunacaq və tələbatı tam ödəyəcəkdir. İki mərtəbəli binada sərnişinlərin rahatlığı üçün lazımi şərait yaradılacaq, gözləmə zalı, iş və xidməti otaqlar, kassa, eyni zamanda mağaza, əczaxana və xidmət sahələri də istifadəyə veriləcəkdir. Ərazidə dayanacaqlar yaradılacaq, abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaqdır.
Ali Məclisin Sədri tikinti işlərinə başlanılması barədə müvafiq tapşırıqlar verib.

744141
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
19
933
4531
22915
744141

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg