Naxçıvanda müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə tibbi xidmətlər göstərilir

Azərbaycan Respublikası hökumətinin dəvəti ilə Bakı şəhərindən və Türkiyə Respublikasından gələn həkim-psixoterapevtlər Naxçıvan Muxtar Respublikasında yaşayan müharibə iştirakçıları, qazilər və şəhid ailələri üzvlərinə tibbi xidmətlər göstərir.
Müharibədən sonra psixoloji problemlər yaşayan qazilərimizin, şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların Naxçıvan Muxtar Respublika Xəstəxanasında ödənişsiz psixoloji reabilitasiyası təşkil olunur.
Qeyd edək ki, müraciət edən şəxsin mənəvi-psixoloji problemindən asılı olaraq bir seans həftədə 1 və ya 2 dəfə olmaqla bir saat müddətində aparılır. Pasiyentlərin qəbulu minimum 4-6, maksimum 12 seansa qədər davam edə bilər.
Sözügedən kateqoriyadan olan şəxslər növbəli şəkildə müayinələrdən keçirilirlər. Qeydiyyata düşmək üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə müraciət ünvanlamaq lazımdır.

745561
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1439
933
5951
24335
745561

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg