Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial qayğıya ehtiyacı olan sakinlərə ərzaq yardımı göstərilib

Muxtar respublikada sosial qayğıya ehtiyacı olan insanlara, o cümlədən tənha ahıllara, habelə sağlamlıq imkanları məhdud şəxslərə göstərilən xidmətlərin həcmi və keyfiyyəti yüksəlir, bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter alır. Eyni zamanda, dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə əlaqədar müvafiq   kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması istiqamətində tədbirlər son günlər daha da gücləndirilir və bu istiqamətdə zəruri tədbirlərin icrası davam etdirilir. Bu tədbirlər çərçivəsində, muxtar respublikada tənha yaşayan, yaşı 65-dən yuxarı olan ahıllar, yerli icra hakimiyyəti orqanları ilə birgə müəyyən edilir və onlara evlərində sosial xidmət işçiləri və sosial könüllülər tərəfindən zəruri xidmətlər göstərilir. Bununla yanaşı, pandamiya dövründə xüsusi qayğıya ehtiyacı olan ailələr də diqqət mərkəzində saxlanılır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, aprel ayının 13-də sosial qayğıya ehtiyacı olan 50 ailə evlərində ziyarət olunub, onlara ərzaq yardımları göstərilib.
Sakinlər göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu kimi sosial tədbirlərin növbəti günlərdə də davam etdirilməsi nəzərdə tutulub.

745816
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1694
933
6206
24590
745816

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg