Şahbuzda vətəndaşların sosial problemləri dinlənilib

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev Şahbuz rayonunda sakinlərlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə ümumilikdə 92 rayon sakininin müraciətinə baxılıb. 

7 nəfərin işlə təmin edilməsi, 28 nəfərin özünüməşğulluq proqramına, 6 nəfərin isə peşə hazırlığı kurslarına cəlb olunması ilə bağlı müvafiq işlərə başlanılıb. Bununla yanaşı, 6 nəfər sağlamlıq imkanları məhdud şəxsə birdəfəlik maddi yardım verilməsi, 5 nəfərə isə ünvanlı dövlət sosial yardımı təyin edilməsi məqsədilə müvafiq sənədlərin Əhalinin Sosial Müdafiəsi Mərkəzinə təqdim etmələri izah olunub.

Digər müraciətlərin isə qanunamüvafiq araşdırılmasına dair aidiyyəti üzrə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətləri xaricində olan müraciətlər aidiyyəti qurumlar tərəfindən baxılması üçün yönləndirilib.

717482
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
210
1048
4662
23601
717482

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg