Naxçıvan Regional Peşə Tədris Mərkəzi 


Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 noyabr tarixli Sərəncamı ilə yaradılmışdır. Mərkəz yarandığı gündən muxtar respublikada işaxtaran vətəndaşların, xüsusən gənclərin peşəyönümü istiqamətində formalaşması üçün onlara zəruri biliklərin verilməsini təmin etməkdədir.

Ümumilikdə isə fəaliyyətə başladığı vaxtdan indiyə kimi Naxçıvan Regional Peşə Tədris Mərkəzində kompüter istifadəçisi, kabel lehimləyicisi və elektrik montyoru, elektron avadanlıqlarının təmiri üzrə elektromexanik, bərbər-manikürçü, traktorçu-maşinist, xalçaçı, elektrik montyoru, dərzi, buldozer maşinisti və digər peşə hazırlığı kursları təşkil edilib.

Televiziya işçiləri üçün teleaparıcı, kinooperator, televiziya rejissorluğu, Naxçıvan Qaz İstehsalat Birliyinin işçiləri üçün qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, Naxçıvan  Dəmir Yolları Məhdud Məsuliyyətli Cəmiyyətinin işçiləri üçün Dəmiryolu nəqliyyatında elektrik montyoru peşələri üzrə ixtisasartırma, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müraciətləri nəzərə alınaraq, bir sıra  kurslar təşkil edilmişdir. Onu da qeyd edək ki, Penitensiar xidmətin cəzaçəkmə müəssisələrinin məhbusları üçün müxtəlif peşə kursları təşkil olunur .

Naxçıvan Regional Peşə Tədris Mərkəzində müdavimlərin normal təhsil almaları üçün bütün lazımi şərait yaradılmışdır. Burada təşkil olunan peşələrə uyğun ixtisaslaşdırılmış sinif otaqları vardır. Mərkəzdə kabinələr, emalatxanalar, istirahət və elektron lövhə otaqları fəaliyyət göstərir. Kabinə və emalatxanalar əyani vəsaitlər, elektron lövhə otağı isə sürətli internet və tədris üçün videomateriallarla təmin edilmişdir ki, bu da tədrisin keyfiyyətlə aparılmasında mühüm rol oynayır. Peşə hazırlığı kurslarının təşkili zamanı müəllim və müdavimlər kurslar üzrə müvafiq geyimlərlə təmin olunurlar. Naxçıvan Regional Peşə Tədris Mərkəzində sinif otaqları peşələrə uyğun olaraq ixtisaslaşdırılıb. Bundan əlavə bəzi kurslar üçün istehsalat təcrübələri müvafiq olaraq istehsalat sahələrində həyata keçirilir.

Naxçıvan Regional Peşə Tədris Mərkəzində yataqxana, camaşırxana, yeməkxana, mətbəx, kitabxana fəaliyyət göstərir. Muxtar respublikanın rayonlarından gəlmiş müdavimlər yataqxanada qeydiyyata alınaraq gündə 3 dəfə yeməklə təmin olunurlar. Kursa cəlb olunanlar arasında Naxçıvan şəhəri ilə yanaşı, muxtar respublikanın digər rayonlarından gələn müdavimlər də üstünlük təşkil edirlər. Mərkəzdə peşə hazırlığı istiqamətində gələcəkdə aparılan işlərin təkmilləşdirilməsi məqsədilə əmək bazarında müxtəlif peşə istiqaməti üzrə kadrlara olan tələbatın müəyyənləşdirilməsi üçün rübdə bir dəfə muxtar respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlarda sorğular aparılır. Aparılan belə sorğuların nəticəsi və işaxtaranların fərdi müraciətləri gələcəkdə regionun əmək bazarına və rəqabətə uyğun peşə hazırlığı üçün tələbatı müəyyən etməyə imkan verir. Peşə hazırlığı kurslarında tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə  üçün muxtar respublikada və kənarda fəaliyyət göstərən tanınmış mütəxəssislər dəvət olunur. Bacarıqlı peşə sahiblərinin hazırlanmasına və onların peşə yönünə görə işlə təmin olunmalarına göstərilən diqqət mühüm əhəmiyyət kəsb edir.

 


 Uşaq Bərpa Mərkəzi


 

 

2007-ci ildən fəaliyyətə başlayan Naxçıvan Uşaq Bərpa Mərkəzi 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların fizioterapevtik vasitələrlə reabilitasiyasını həyata keçirən müalicə müəssisəsidir.

14 çarpayılıq Mərkəzdə muxtar respublikada yaşayan 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqlar müalicə kursu qəbul edə bilərlər. Stasionar və ambulator şəraitdə müalicə aparılan Mərkəzdə sağlamlıq imkanları məhdud uşaqların həkimlər tərəfindən ətraflı müayinə olunması üçün müasir standartlara cavab verən elektrokardioqrafiya, ultrasəslə müayinə və elektroensefaloqrafiya avadanlıqları mövcuddur. Stasionar müalicə alanlar gündə 3 dəfə isti yeməklə təmin edilirlər.

Sağlamlıq imkanları məhdud uşaqların müalicəsi üçün Mərkəzdə müxtəlif tezlikli cərəyanlarla müalicə, həmçinin mikrodalğa, infraqırmızı lampa,  yeriş imitatoru, unikreslo, aşil-tendon gərici, artromot müalicə aparatları, müalicəvi bədən tərbiyəsi zalı, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış əyləncəli oyun sahəsi, parafin applikasiyası üçün xüsusi otaq, fərdi massaj otağı, su ilə müalicə otağı (mirvari vannası, burulğanlı vanna), hovuz fəaliyyət göstərir. 

 


 Əlillərin Bərpa Mərkəzi 


 

2004-cü il ildən fəaliyyətə başlayan Naxçıvan Əlillərin Bərpa Mərkəzi sağlamlıq imkanları məhdud şəxslərin fizioterapevtik vasitələrlə reabilitasiyasını həyata keçirən müalicə müəssisəsidir.

İxtisaslı həkim və tibb personalının fəaliyyət göstərdiyi 20 çarpayılıq Mərkəzdə müayinə və prosedur otaqları mövcuddur:

Müayinə otaqlarına - fizioterapevtik müayinə, USM-lə müayinə, nevropatoloq otağı, laboratoriya aiddir.

Mərkəzdə elektrik və işıqla müalicə kabinələri, o cümlədən ultrasəslə massaj, qısa dalğa diotermiya, mikrodalğa, infraqırmızı, elektrostimulyasiya, habelə hidroterapiya kabinələri (müxtəlif tipli duşlar, müalicəvi vannalar), parafin applikasiyası üçün xüsusi otaq, fərdi massaj otaqları və idman zalı vardır.

Mərkəzdə xəstələr stasionar və ambulator müalicə alırlar. Stasionar müalicə alanlar gündə 3 dəfə isti yeməklə təmin edilirlər.

 


 Protez-Ortopedik Bərpa Mərkəzi


 

1998-ci ildən fəaliyyət göstərən Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzi muxtar respublikada dayaq hərəkət sisteminin funksiyasını itirmiş əlillərin reabilitasiyası və protezləşməsi ilə məşğul olan sosial yönümlü tibb müəssisəsidir. Bölmədə əlillərə xidmət ambulator şəkildə həyata keçirilir. Burada yuxarı və aşağı ətraf protezləri,  müxtəlif  növdə ortezlər, skolyoz, lordoz və kifoz xəstələri üçün korsetlər və digər ortopedik vasitələr hazırlanır. Bölmədə xarici ölkələrdə kurslar kecmiş yüksək səviyyəli mütəxəssislər çalışır. Naxçivan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə birgə muxtar respublikada yaşayan, protez-ortopediya və texniki reabilitasiya vasitələrinə ehtiyacı olan sağlamlıq imkanları məhdud şəxslərə rübdə bir dəfə olmaqla yerlərdə səyyari xidmət təşkil edilir.

 


Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi


 

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi 2010-cu ildən fəaliyyətə başlamışdır. Muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud şəxslərin informasiya texnologiyaları vasitəsilə sosial reablitasiyası Mərkəzin əsas fəaliyətini təşkili edir.  Hazırda Mərkəzdə brayl kitabxana, eşitmə qabiliyyəti məhdud şəxslər üçün elektron kitabxana, görmə qabiliyyəti məhdud şəxslər üçün  audio kitabxana xidməti, distant tədris mərkəzi, defektoloji bölmə, psixoloji dəstək xidməti, əmək terapiyası, musiqi terapiyası, kinekt oyunlar otağı mövcuddur. Mərkəzdə gözdən əlillər üçün brayl displeylər, sürətli internet, oxu materialını böyüdən avadanlıqlar, həmçinin yazı formatında olan kitabları səsləndirən oxu maşını, audio kitabxana fondunu zənginləşdirmək üçün audio studiya, subtitrli filmləri nümayiş etdirmək üçün kinozal fəaliyyət göstərir.

 

 


Ahıllar Evi


 

Əmək və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi Şahbuz  Ahıllar  Evi  Şahbuz şəhəri  M.Muşfiq  küçəsi  28-də  yerləşir.Bina  1951-ci ildən  tikilib.1999-cu ilə qədər  başqa  adlarla  fəaliyyət  göstərmiş, 1999-cu ildən Qoca və  Kimsəsizlər  Pansionatı  kimi , 2009-cu ildən isə Ahıllar  Evi kimi  fəaliyyət  göstərir.

Ahıllar Evi 3 mərtəbəli  binadan,  83  çarpayılıq  57 otaqdan ibarətdir.Yaşayış və  inzibati  otaqlardan  başqa, binada  kitabxana, əmək  terapiyası otağı, klub, idman  otağı, həkim  və tibb otağı, bərbər otağı,   yeməkxana vardır.Binanın istirahət  etmək üçün geniş və yaşıllıqlardan ibarət həyətyanı  sahəsi vardır.

Haliyyədə  37 nəfər  işçi   Ahıllar  Evində  yaşayan  sakinlərə tibbi  və stasionar  xidmət  göstərir.

 

709072
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
115
1996
2111
15191
709072

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg