Sosial könüllülük layihəsi haqqında məlumat

 

    Ulu öndər Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti bu gün Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada gənclərin  sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda iştirakı təmin edilir, gənc istedadlara dövlət qayğısı günbəgün artırılır. Xüsusilə onların yaradıcılıq axtarışlarının stimullaşdırılması, intellektual inkişafı və asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzində saxlanılır. Bu baxımdan, muxtar respublikada geniş vüsat alan könüllülük layihələri mühüm əhəmiyyətə malikdir.

    Könüllülük fəaliyyəti bütün istiqamətlər üzrə yeni çağırışlar olmaqla bərabər, özündə mərhəmət və ədalət kimi yüksək insani keyfiyyətləri tərənnüm edir. Könüllülük fəaliyyətinin aparıcı qüvvəsi gənclər hesab olunur. Muxtar respublikada gənclərə yaradılan şərait, onların cəmiyyətin dinamik hissəsi olmaqla, ictimai‐siyasi, sosial‐iqtisadi və mədəni həyatda fəal iştirakına imkan verir. Könüllülük fəaliyyətinin ictimai, sosial və tərbiyəvi əhəmiyyətini nəzərə alaraq, sosial könüllülüyə gənclərin təşviqi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılğı  ilə muxtar respublikada ilk dəfə olaraq Sosial könüllülük hərəkatı yaradılıb. Bir qrupu  sosial iş ixtisası üzrə təhsil alan tələbələr olmaqla, könüllü gənclər müəyyənləşdirilib, onların müvafiq təlimlərə cəlb edilməsi məqsədilə “Sosial Könüllülük Akademiyası” yaradılıb və təqdimatı keçirilib. 

566778
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
302
303
3448
15631
566778

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg