Müharibə iştirakçılarına dəstək

 

Kimlər müharibə iştirakçısı hesab edilir və onlar hansı dəstək tədbirləri ilə əhatə olunurlar?

Kimlər müharibə iştirakçısı hesab edilir və onlar hansı dəstək tədbirləri ilə əhatə olunurlar? Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar  “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanununda dəyişikliyə əsasən ordenlər və medallar təsis edilib.
Müharibə iştirakçısı hesab edilməsi üçün sənəd - təltif edilmə ilə bağlı müvafiq sənəddir.

Özünüməşğulluğun təşkili: Müharibə iştirakçıları ən qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb edilir, kiçik ailə təsərrüfat və müəsissələrini qurmaları üçün aktivlərlə təmin olunurlar;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs məşğulluq mərkəzlərinə və ya Dövlət Məşğulluq Agentliyinə müraciət etməlidir.

Haqqı ödənilən ictimai işlər: Müharibə iştirakçılarının haqqı ödənilən ictimai işlər proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs məşğulluq mərkəzlərinə və ya Dövlət Məşğulluq Agentliyinə müraciət etməlidir.

738681
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
855
870
5097
17455
738681

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg