Müharibə veteranının hansı sosial təminat hüququ var və bu hüquq nə vaxtdan yaranır? 

Birdəfəlik sığorta ödənişi - hərbi qulluqçuya xəsarət (yaralanma, travma, kontuziya) alması zamanı əlilliyi müəyyən edilmədiyi zaman ağır xəsarət aldığı halda 2 750 manat, yüngül xəsarət aldığı zaman 550 manat sığorta ödənişi həyata keçirilir (“Naxçıvan Muxtar Respublikasının Dövlət  Sığorta Xidməti” publik hüquqi şəxsi tərəfindən);
Prosedur: Xəarət almış şəxs tərəfindən ağır və ya yüngül xəsarət haqqında Silahlı Qüvvələrin müvafiq hərbi həkim komissiyasının şəhadətnaməsi “Naxçıvan Muxtar Respublikasının Dövlət  Sığorta Xidməti” publik hüquqi şəxsinə təqdim edildikdən 7 iş günü ərzində şəxsin bank hesabına ödəniş aparılır.

Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) ödənilir. Bu hüquq müharibə veteranı vəsiqəsi verildiyi tarixdən yaranır. (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Müharibə veteranı vəsiqəsi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yerli strukturuna təqdim edilir, oradan təqaüd təyinat aparılaraq ödənişə göndərilir.

Özünüməşğulluğun təşkili: Müharibə veteranları ən qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb edilir, kiçik ailə təsərrüfat və müəsissələrini qurmaları üçün aktivlərlə təmin olunurlar;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs məşğulluq mərkəzlərinə və ya Dövlət Məşğulluq Agentliyinə müraciət etməlidir.

Haqqı ödənilən ictimai işlər: Müharibə veteranlarının haqqı ödənilən ictimai işlər proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs məşğulluq mərkəzlərinə və ya Dövlət Məşğulluq Agentliyinə müraciət etməlidir.

QEYD: Müharibə veteranı müharibə ilə əlaqədar əlilliyi olan şəxsdirsə, o zaman ona müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan sosial təminat hüquqları şamil olunur.

746438
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
547
1769
6828
25212
746438

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg