Sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlər göstərilir

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir, onların zəruri sosial məsələlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir. Müvafiq kateqoriyalı şəxslərə göstərilən 

xidmətlərin həcmi və keyfiyyəti daha da artırılır, onların reabilitasiya vasitələri ilə təminatı daim diqqət mərkəzində saxlanılır. Həmçinin, muxtar respublikada dayaq hərəkət sisteminin funksiyalarını itirmiş şəxslərin reabilitasiyası istiqamətində də zəruri tədbirlər həyata keçirilir. Bu məqsədlə, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə müraciət edən vətəndaşlara müvafiq protez xidmətləri göstərilir, onlar ortopedik məmulatlarla təmin olunurlar. Bununla yanaşı, Mərkəzin həkim heyəti tərəfindən sağlamlıq imkanları məhdud şəxslərə səyyari xidmətlərin göstərilməsi də davam etdirilir. Bu tədbirlərin davamı olaraq, aprel ayının 23-də Protez-Ortopedik Bərpa Mərkəzinin səyyari xidmətləri zamanı məhdud fiziki imkanlı şəxslərdən protez və ortez sifarişləri qəbul edilib, zəruri hallarda protezlər təmir olunub. Eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslər texniki və köməkçi reabilitasiya vasitələri ilə təmin edilib.
Sağlamlıq imkanları məhdud şəxslər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

747968
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
35
520
8358
26742
747968

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg