Əməkhaqqının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı

İşaxtaranlar və işsiz şəxslərin məşğulluğunu təmin etmək və işəgötürənləri həvəsləndirmək məqsədi ilə işəgötürənlərə boş iş yeri üzrə işə götürdükləri işçinin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üzrə xidmət göstərilir.

Dövlətə və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla son 1 (bir) ildə fəaliyyətdə olan, müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan işəgötürənlər proqrama müraciət edə bilərlər. 
Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği Dövlət
Statistika Komitəsinin əvvəlki il üçün müəyyən etdiyi ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox, lakin minimum aylıq əməkhaqqından az olmamalıdır. Bu şərtlə həmin məbləğ işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməkhaqqından tutulmaların 50 faizini təşkil etməlidir.
Sosial iş yerlərində 2 (iki) ildən az olmayan müddətə bağlanılan əmək müqaviləsi ilə işə götürülmüş işçilərin əməkhaqqı 3 (üç) aydan az və 12 (on iki) aydan çox olmayan müddətdə maliyyələşir. Hər bir işəgötürən üzrə əməkhaqlarınn maliyyələşdirilməsi proqramına cəlb olunacaq işçilərin sayı həmin işəgötürənin işçilərinin ümumi sayının 20%-dən, həmçinin hər bir işəgötürən üzrə 10 sosial iş yerindən çox olmamalıdır. İşəgötürən tərəfindən əməkhaqları maliyyələşdirilən iş yerləri üzrə əməkhaqqının məbləği maliyyələşdirilməsi nəzərdə tutulmayan eyni vəzifə (peşə) üzrə digər iş yerləri üzrə əməkhaqqının məbləğindən 10%-dən çox fərqlənə bilməz.
İşçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq 3 (üç) aydan artıq olmamaq şərtilə sınaq müddəti müəyyən edilə bilər. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.
Mükafatlar, əməkhaqqına əlavələr, artımlar (əmsallar), habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənişlər işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilmir və bu ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işəgötürənlərin vəsaiti hesabına maliyyələşdirilir.
Dövlət Məşğulluq Agentliyinin struktur bölmələrində işsiz və ya işaxtaran kimi qeydiyyata alınmış şəxslərin bu proqramda iştirak etmək hüququ vardır. Əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, şəhid ailəsinin üzvləri, gənclər, cəzaçəkmə müəssisəsindən azad olmuş şəxslər və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.

755811
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
13
574
7878
3759
755811

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg