Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Əsrə bərabər 20 il, yeni əsrin yeni Lideri” mövzusunda tədbir keçirilib

Tədbirdə Naxçıvan Muxtar Respublikasınının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov çıxış edərək, xalqımızın yeni əsrdə yeni lideri olan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003-cü ildən, bu günə kimi ötən 20 il ərzindəki yorulmaz və qətiyyətli siyasi fəaliyyətinin müxtəlif dövrlərini geniş müstəvidə tədbir iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, 2003-2023-cü illər ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Dövlət başçısının Azərbaycanın iqtisadi və hərbi qüdrətinin, beynəlxalq nüfuzunun gücləndirilməsi yolunda böyük inam və qətiyyətlə çalışması, nəhayət üçrəngli bayrağımızın 30 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda yenidən dalğalanmasına imkan yaratdı
Ötən 20 il onu göstərdi ki, Prezident İlham Əliyevin başlıca məqsədi dövlətə və dövlətçiliyə, xalqa və vətəndaşa xidmət göstərməklə ölkənin inkişafına, hər bir vətəndaşın sosial tərəqqisinə nail olmaqdır. Dövlət başçısı qəti qərarlar qəbul etməklə xalqın vəziyyətinin yaxşılaşması və rifah halının yüksəlməsi üçün mühüm sosial tədbirlər gerçəkləşdirir. Ümumiyyətlə, sosial tərəqqi Prezident İlham Əliyevin fəaliyyətində başlıca prioritetlərdən birini təşkil edir və ötən 20 il ərzində atılan addımlar bunun göstəricisidir.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin 20 illik fəaliyyətinin qısa bir dövrünü əhatə edən videoçarx izlənilib.

747869
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
456
874
8259
26643
747869

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg