Muxtar respublikanın ən uzunömürlü ailəsinin başçısı ikinci dünya müharibəsi veteranı Məmmədəli Sultanovun 100 illik yubileyi keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ordubad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ən uzunömürlü ailəsinin başçısı olan Məmmədəli Sultanovun 100 illik yubileyi keçirilmişdir.
Ordubad rayonunun Tivi kəndində yaşayan evliliyin 74 ili tamam olan ikinci dünya müharibəsi veteranı Məmmədəli Sultanovun yubileyi ilə əlaqədar keçirilən tədbirdə Ordubad rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədr müavini Aytən Məmmədova və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək keçirilən tədbirdə muxtar respublikamızda ahıl insanlara, eləcə də, veteranlara göstərilən qayğıdan ətraflı bəhs etmişlər. Bildirmişlər ki, ahıl insanlar daim diqqət və qayğı ilə əhatə olunur, onların sosial müdafiəsi günü gündən yaxşılaşır. Həmçinin muxtar respublikada yaşayan ahılların mütəmadi olaraq, yubileyləri qeyd olunur. Bu yubileylərin xüsusi qeyd olunması cəmiyyətimizin hər bir üzvünün unudulmadığının göstəricisidir. Bildirilir ki, Məmmədəli Sultanov ikinci dünya müharibəsində iştirak etmiş, ön cəbhədə vuruşmuş, şücaət göstərmiş, göstərdiyi fədakarlığa görə müxtəlif orden və medallarla təltif olunmuşdur. Dövlətimiz tərəfindən avtomobillə təmin olunmuş, Prezident təqaüdünə layiq görülmüşdür.
 

753663
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
77
848
5730
1611
753663

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg