Culfa rayonunda əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait

yaradıb, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluq imkanları artırılıb. Dövlət Proqramının icrası ilə əlaqədar, ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilib, vergi orqanlarında qeydiyyatdan keçmiş işəgötürən fiziki və hüquqi şəxslər haqqında məlumatlar dəqiqləşdirilib, müəssisələr tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət məqsədi ilə sahibkarlıq subyektində monitorinqlər keçirilib, boş iş yerlərinin toplanması təmin edilib. Görülən bu işlərlə yanaşı, muxtar respublikada işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması istiqamətində əmək yarmarkalarının təşkili də diqqət mərkəzində saxlanılır.
İyun ayının 11-də Culfa rayonunda keçirilən əmək yarmarkasında işaxtaranlara 6-ı dövlət və 12-i özəl sektor olmaqla, ümumilikdə 18 müəssisədən 96 boş iş yeri təqdim edilib. Qeyd edək ki, əmək yarmarkasında 21 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunmuş və 2 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılmışdır.
Qeyd edək ki, növbəti əmək yarmarkası iyun ayının 16-da Naxçıvan şəhərində keçiriləcəkdir.

755955
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
157
574
8022
3903
755955

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg