Sağlamlıq imkanları məhdud uşaqlar arasında onlayn formatda tədbirlər davam etdirilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə

Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilir. Bu məqsədlə, müvafiq kateqoriyadan olan uşaqlara bilik və bacarıqlar aşılanır, istedadlarının aşkara çıxarılması məqsədilə sosial könüllülərin iştirakı ilə bir sıra tədbirlər, o cümlədən, muxtar respublikanın görməli yerlərinə ekskursiyalar təşkil edilir, yarış, sərgi və müsabiqələr keçirilir, film və tamaşalar nümayiş olunur.
Bu tədbirlərin davamı olaraq iyunun 12-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mədəniyyət və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün Heydər Əliyev Muzeyinə onlayn ziyarət təşkil olunub. Müvafiq kateqoriyadan olan uşaqların mövcud vəziyyətlə əlaqədar asudə vaxtlarının səmərəli təşkili məqsədilə təşkil edilən tədbir sosial könüllülərin də iştirakı ilə video-formatda keçirilib. Muzeyin direktoru Ramin Orucəliyev sağlamlıq imkanları məhdud uşaqlara və sosial könüllülərə muzeyin fəaliyyəti haqqında məlumat verib, daha sonra eksponatlara baxış keçirilib. Muzeydə nümayiş etdirilən və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin tarixi məqamlarını əks etdirən eksponatlar uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və bu istiqamətdə onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə keçirilən onlayn tədbirlər artıq mütəmadi xarakter alıb və qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulub.

752781
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
43
686
4848
729
752781

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg