Naxçıvan şəhərində əmək yarmarkası keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradıb, əmək bazarının tələbinə uyğun peşə

hazırlığının təşkilinə, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsinə geniş imkanlar açıb, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluq imkanları artırılıb. Dövlət Proqramının icrası ilə əlaqədar, ilin əvvəlində muxtar respublikanın əmək bazarı təhlil edilib, vergi orqanlarında qeydiyyatdan keçmiş işəgötürən fiziki və hüquqi şəxslər haqqında məlumatlar dəqiqləşdirilib, müəssisələr tərəfindən vakansiyalar haqqında hesabatların təqdim edilməsinə nəzarət məqsədi ilə sahibkarlıq subyektində monitorinqlər keçirilib, boş iş yerlərinin toplanması təmin edilib. Görülən bu işlərlə yanaşı, muxtar respublikada işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması istiqamətində əmək yarmarkalarının təşkili də diqqət mərkəzində saxlanılır.

İyun ayının 16-da Naxçıvan şəhərində keçirilən əmək yarmarkasında işaxtaranlara 40-ı dövlət və 16-i özəl sektor olmaqla, ümumilikdə 56 müəssisədən 598 boş iş yeri təqdim edilib. Qeyd edək ki, əmək yarmarkasında 36 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunub, 7 nəfərin peşə hazırlığı kurslarına və 4 nəfərin isə özünüməşğulluq proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılıb.
Ümumilikdə isə Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli və Sədərək rayonlarında keçirilmiş əmək yarmarkalarında 65-i dövlət və 66-ı özəl olmaqla, ümumilikdə 125 müəssisədən müxtəlif vakansiyalar üzrə iş yerləri çıxarılıb və 129 nəfər işaxtaran vətəndaşın sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin edilib.
Qeyd edək ki, növbəti əmək yarmarkası iyun ayının 17-də Ordubad rayonunda keçiriləcəkdir.

753270
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
532
686
5337
1218
753270

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg