14 iyul 2020-ci il tarixdə Naxçıvan şəhərindəki Sahil parkında sağlamlıq imkanları məhdud yeniyetmələr arasında “Vətəni tanı” intellektual oyunu keçirilmişdir

Əvvəlcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Vüqar Məmmədov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər, həmçinin, müəyyən karantin günlərində keçirilən müxtəlif onlayn tədbirlər haqqında ətraflı məlumat vermiş, oyunun keçirilməsində məqsədin yenieytmələrin intellektual

səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu bildirmiş və iştirakçılara uğurlar arzulamışlar. İştirakçılar Azərbaycanın pazl şəkilində olan siyasi-inzibati xəritəsini ən qısa vaxt ərzində yığmağa çalışmışlar. Sonda Məmmədli İlqar xəritəni ən qısa müddətə yığaraq qalib adını qazanmışdır. Hacıyev Mahmud və Səfərəliyev Yusif isə müvafiq olaraq II və III yerlərə layiq görülmüşlər. Oyunun qaliblərinə və digər iştirakçılara təşkilatçılar tərəfindən diplom, fəxri fərman və oxunması zəruri olan kitablar hədiyyə olunmuşdur. 11 nəfər sağlamlıq imkanları məhdud yeniyetmənin iştirak etdiyi oyun Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.

763606
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
161
852
2919
11554
763606

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg