Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni elektron xidmətin təqdimatı olub

Muxtar respublikada dövlət orqanlarının fəaliyyətində elektron xidmətlərin həcmi ilbəil artmaqdadır. Son dövrlərdə bu istiqamətdə yeni layihələr icra edilir, mütərəqqi və innovativ yeniliklər tətbiq edilir. Sosial müdafiə sahəsində də bu istiqamətdə fəaliyyət təkmilləşdirilir, yeni elektron xidmətlər istifadəyə verilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilmiş fəaliyyət proqramında, elektron xidmətlərin genişləndirilməsinə dair verilmiş tapşırığın icrasına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni elektron məlumat bazası istifadəyə verilib. Bununla əlaqədar sentyabrın 15-də Nazirliyin inzibati binasında tədbir keçirilib. Nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin əməkdaşı Yusif Piriyev muxtar respublika üzrə müavinət, təqaüd və kompensasiya ödənilən vətəndaşlar haqqında yaradılmış mərkəzləşdirilmiş məlumat bazasının istifadəsi qaydaları haqqında tədbir iştirakçılarına məlumat verib, onları maraqlandıran sualları cavablandırıb. Bildirilib ki, yeni istifadəyə verilən baza Dövlət Sosial Təminat Xidməti ilə onun yerli bölmələri arasında müvafiq məlumat mübadiləsinin operativ və çevik qaydada təşkil edilməsi üçün yaradılıb. Bu məqsədlə Nazirlikdə bütün növ ödənişlərin müvafiq elektron informasiya resursları vasitəsilə mütəmadi olaraq bazaya daxil edilməsi və məlumatların vahid mərkəzdən idarə olunması üçün server quraşdırılıb.
Daha sonra sözügedən məlumat bazasının əhəmiyyətindən danışılıb, fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, dizayn və funksionallıq baxımından müasir tələblərə cavab verən mərkəzləşdirilmiş məlumat bazası, Dövlət Sosial Təminat Xidmətinin və müvafiq yerli təşkilatların əməkdaşlarının faəliyyətində operativliyin və səmərəliliyin artırılmasına zəmin yaradacaq, bu sahədə elektron xidmətləin əhatə dairəsinin daha da genişləndirilməsinə təkan verəcəkdir.

746110
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
219
1769
6500
24884
746110

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg