Naxçıvanda səhiyyə müəssisələri üzrə yarmarkaya 540 vakant iş yeri çıxarıldı

Naxçıvan Muxtar Respublikası Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə səhiyyə işçiləri üçün əmək yarmarkası keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə naziri Niyazi Novruzov tədbirdə çıxış edərək səhiyyə sistemində aparılan quruculuq işlərindən, həyata keçirilən islahatlardan danışıb. Bildirilib ki, son illər səhiyyənin inkişafında, tibbi xidmətin yüksək səviyyədə aparılmasında, tibbi kadrların hazırlanmasında müəyyən uğurlar əldə olunub.
Qeyd olunub ki, muxtar respublikada tibbi kadrlara olan tələbatın ödənilməsi məqsədi ilə Naxçıvan Dövlət Universitetində ali təhsilli, Naxçıvan Tibb Kollecində isə orta ixtisas təhsilli tibbi kadr hazırlığı aparılır.
Səhiyyədə gedən islahatlar çərçivəsində əhaliyə göstərilən tibbi xidmətin gücləndirilməsi məqsədilə şəhər və rayonlarda müasir tibb avadanlıqları və texnika ilə təchiz edilmiş yeni səhiyyə müəssisələri istifadəyə verilib, fəaliyyətdə olan tibb müəssisələrində əsaslı təmir işləri aparılıb. Naxçıvan Muxtar Respublikasında səhiyyə sisteminin yenidən qurulması nəticəsində bu sahədə olan xidmət keyfiyyətcə daha da yaxşılaşdırmış, icbari tibbi sığortanın tətbiqində müəyyən uğurlar qazanılmışdır.Pandemiya dövründə səhiyyə işçilərinin fədakarlığı muxtar respublikada əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb etmişdir.
Səhiyyə naziri kənd yerlərindəki səhiyyə müəssisələrində yeni əmək fəaliyyətinə başlayan gənc mütəxəssislər üçün güzəştlər və stimullaşdırıcı tədbirlərdən də danışıb. İşlə təmin olunacaq gənc məzunlara uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, muxtar respublikanın dinamik inkşafı nəticəsində həyata keçirilən quruculuq tədbirləri, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin olunması və sosial müdafiəsinin gücləndirilməsinə əlverişli zəmin yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası üçün muxtar respublikanın əmək bazarı müntəzəm təhlil edilir və nəticələrə uyğun şəkildə müxtəlif ixtisaslar üzrə peşə kursları təşkil olunur, əmək yarmarkaları keçirilir. Həmçinin, sosial qayğıya ehtiyacı olan ailələr müəyyənləşdirilərək özünüməşğulluq proqramına cəlb edilir və onlar seçdiyi sahə üzrə zəruri vəsaitlərlə təmin edilir. Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlərin nəticəsi olaraq, muxtar respublika əhalisinin sayının və yaşayış üzrə ehtiyac meyarının artmasına baxmayaraq, sosial yardım almaq üçün müraciət edən şəxslərin sayında ildən-ilə azalma müşahidə olunur.
Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin Müalicə işi ixtisası üzrə 2020-ci il məzunu, işaxtaran Bənövşə Qasımova gənc kadrların işlə təminatında əmək yarmarkalarının əhəmiyyətindən danışıb, görülən bu işləri, yaradılan şəraiti muxtar respublikada əhalinin sosial rifahına yönələn hərtərəfli dövlət qayğısının parlaq ifadəsi kimi dəyərləndirib və tədbir iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirib.
Sonra işaxtaranlar Naxçıvan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birinci mərtəbəsində təşkil olunmuş əmək yarmarkasında boş iş yerləri ilə tanış olublar. Yarmarkada həkimlər üçün 463, orta tibb işçiləri üçün isə 77, bütövlükdə, 540 vakant yer təklif edilib.
Yarmarkada 30 həkim və 37 tibb bacısı işə göndəriş alıb.

746260
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
369
1769
6650
25034
746260

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg