Əlilliyi olan şəxslər tərəfindən toxunulan isti qış geyimləri hərbi hissəyə təhvil verilib

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev hərbi qulluqçuları torpaqlarımızın işğaldan azad edilməsi münasibəti ilə təbrik edərək bildirib ki, avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə hərbi hissələr üçün yun corabların toxunması işinin davam etdirilməsi ilə bağlı verilmiş tapşırığa uyğun olaraq, bu gün məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2100 cüt yun corab, 1200 ədəd yun boyunluq və 920 ədəd yun şərf əsgərlərimizə hədiyyə edilir. Qeyd olunub ki, bu kimi tədbirlər əlilliyi olan şəxslərin məşğulluğunu təmin etməklə bərabər onların maddi təminatlarının yaxşılaşmasına da müsbət təsir göstərir. Daha sonra Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Ramin Dadaşov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda yerləşən Ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub.Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür. Tədbirdə hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Çıxışların ardından yun corab, şərf və boyunluqlar hərbi hissəyə təhvil verilib.
Qeyd edək ki, ötən ay da məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2000 cüt yun corab və 1700 ədəd yun boyunluq əsgərlərimizə təqdim edilib.

757732
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
54
1234
1934
5680
757732

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg