“Gənclərin vətənpərvərlik tərbiyəsində sosial könüllülərin rolu” mövzusunda tədbir keçirilib

Bu gün Naxçıvan şəhərində yerləşən Gənclər Mərkəzində “Gənclərin vətənpərvərlik tərbiyəsində sosial könüllülərin rolu” mövzusunda tədbir keçirililib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Hər il çətin dağlıq şəraitdə xidmət edən əsgərlərə isti qış geyimlərinin əlilliyi olan şəxslər tərəfindən hazırlanması təşkil olunur, sosial könüllülərin iştirakı ilə hərbi-vətənpərvərlik mövzusunda müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində sosial könüllü tərəfindən verilmiş təklif əsasında hazırlanan və birinci Qarabağ müharibəsinin iştirakçılarının keçdikləri döyüş yolundan bəhs edən “Canlı tarixlər” adlı videoçarx da gənclərə vətənpərvərlik hisslərinin aşılanması, bu istiqamətdə ictimai fəallığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Daha sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev qeyd edib ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir. Həmin sahədə keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Bu gün muxtar respublikamızda da gənclərdə vətənpərvərlik tərbiyəsinin formalaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Çıxış edənlərdən Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Məcid Seyidov və “Kanal 35” televiziyasının baş redaktoru Ramal Məmişov müharibə veteranlarının keçdikləri şanlı döyüş yolunun təbliğinin gənc nəslin gələcək inkşafında, onlarda hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsindəki əhəmiyyətindən danışıb, bu istiqamətdə gənclər tərəfindən təqdim olunan təklif və layihələri yüksək qiymətləndiriblər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçıları haqqında hazırlanmış “Canlı tarixlər” video-çarxının ideya müəllifi Aytac Əliyevanın çıxışından sonra, sözügedən video-çarxın nümayişi baş tutub. Tədbirdə həmçinin fəal gənc kimi A.Əliyeva təltif olunub.
Tədbir keçmiş döyüşçülərin video-çarx haqqında təəsüratlarının dinlənilməsi və mövzu ətrafında müzakirələrlə davam etdirilib.

746625
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
86
648
7015
25399
746625

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg