Sağlamlıq imkanları məhdud gənclər üçün 2 Fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib

Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud gəncləri də əhatə edir. Onların hərtərəfli inkişafına göstərilən diqqət və qayğı, müvafiq kateqoriyadan olan şəxslərin yaradılan şəraitdən səmərəli istifadə etməsi, cəmiyyətə inteqrasiyası üçün əlverişli mühit yaradıb. Bu sahədə hazırlanmış sosial proqramlar onların həyatın bütün sahələrinə tam şəkildə inteqrasiya etməsinə, tibbi reabilitasiyasına, təhsil və iş imkanlarının artırılmasına əlverişli zəmin yaradıb. Həyata keçirilən tədbirlər çərçivəsində, müvafiq kateqoriyadan olan gənclərin asudə vaxtlarının səmərəli təşkili və istirahətlərinin təmin olunması da daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə bir sıra tədbirlər, o cümlədən yarış, sərgi və müsabiqələr keçirilir. Həyata keçirilən bu tədbirlərin davamı olaraq, fevralın 1-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı, sosial könüllülərin iştirakı ilə 2 Fevral – Gənclər Günü münasibətilə sağlamlıq imkanları məhdud gənclər üçün tədbir təşkil olunub. Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, Azərbaycan xalqının ümumillideri Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncam əsasında 2 fevral tarixi ölkəmizdə gənclər günü kimi qeyd olunur. Gənclər günü müstəqil dövlətlər birliyi məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda qeyd olunub. Nazir muxtar respublikada sağlamlıq imkanları məhdud gənclərə yaradılan şəraitdən danışaraq qeyd edib ki, Bu gün fiziki imkanlarının məhdudluğuna baxmayaraq, həyatın müxtəlif sahələrində ciddi uğurlar əldə etmiş gənclər görürük. Toxuculuq, rəssamlıq və digər yaradıcılıq fəaliyyətləri ilə məşğul olan, musiqi, idman və digər sahələr üzrə uğurlar əldə edən bu cür istedadlı gənclər muxtar respublikamızda da çoxdur. Dövlət tərəfindən bu gənclər hərtərəfli qayğı ilə əhatə olunur, onların yaradıcılıq əzminin stimullaşdırılması məqsədilə zəruri işlər həyata keçirilir. Son dövrlərdə sosial könüllülərin iştirakı ilə müvafiq kateqoriyadan olan gənclər tərəfindən hazırlanmış əl işlərinin sərgi-satışlarının təşkil olunması, onların iştirakı ilə sosial videoçarxların hazırlanması bu baxımdan uğurlu nümunələr sırasındadır.
Daha sonra çıxış edən Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, muxtar respublikada gənclərin iştirakı ilə həyata keçirilən layihələrdən danışıb. Cəbi Quliyev qeyd edib ki, gənclərlə iş sahəsində görülən tədbirlərin nəticəsində sağlam və vətənpərvər ruhda yetişən gənclər milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başlayıb dövlət müstəqilliyinin keşiyində duran vahid qüvvə kimi formalaşıblar. Gənclər adından çıxış edən Nail Hacıyev, sosial könüllü Gülcan Əlizadə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, gənclərin qarşıdakı dövr ərzində də yaradılan hərtərəfli şəraitdən bəhrələnməklə, yeni uğurlara imza atacaqlarına əminliklərini ifadə ediblər.
Qeyd edək ki, çay süfrəsində keçirilən tədbirin davamında gənclər gününə həsr edilən videoçarxlar nümayiş etdirilib, iştirakçılar arasında müxtəlif əyləncəli oyunlar təşkil olunub. Sağlamlıq imkanları məhdud gənclər tədbirdə fəal iştirak edib, vətənpərvərlik mövzusunda hazırlanan bədii müsabiqələrdə yüksək nəticələr göstəriblər.
Tədbirin sonunda fərqlənən sağlamlıq imkanları məhdud gənclərə qiymətli hədiyyələr təqdim olunub.

755930
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
132
574
7997
3878
755930

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg