Özünüməşğulluq proqramı uğurla davam etdirilir

Muxtar respublikada özünüməşğulluq proqramı uğurla davam etdirilir, aktivlərdən nümunəvi istifadə edənlərin fəaliyyəti stimullaşdırılır
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial müdafiəsinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir. Bu sahədə görülən işlər çərçivəsində, özünüməşğulluq proqramı mühüm əhəmiyyətə malikdir. Proqramın icrası ilə əlaqədar yanvar ayında muxtar respublika üzrə, ümumilikdə 27 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 16 nəfərin hər birinə 2 baş iribuynuzlu, 7 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə döşəmə hamarlayan dəzgah və 3 nəfərə isə mini yerşumlayan aqreqat verilib. Ötən ay, özünüməşğulluğu təmin edilmiş şəxslərdən 3 nəfəri gənc, 1 nəfəri şəhid ailəsi üzvü olub.
Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təsdiq etdiyi dövlət proqramlarının icrası aztəminatlı ailələrin, cəzaçəkmə müəssisələrindən azad edilmiş, habelə əlilliyi olan şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrin icrasına əlverişli zəmin yaradıb. Nazir bildirib ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib. Sonda Nicat Babayev sosial qayğıya ehtiyacı olan şəxslər adından göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib. Daha sonra çıxış edənlər - Nazirlik yanında Dövlət Məşğulluq Agentliyinin direktoru Vüsal Süleymanlı və Sədərək rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov özünüməşğulluq proqramının icrasının əhəmiyyətindən danışıb, ötən dövr ərzində əldə olunmuş nəticələr haqqında məlumat veriblər. Proqrama cəlb edilmiş sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Əlavə edək ki, verilmiş aktivlərdən səmərəli şəkildə istifadə olunmasının stimullaşdırılması məqsədilə ötən dövr ərzində təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirən Şərur rayon Çomaxtur kənd sakini Rüfət Əliyevə arpa-buğda qıran aqreqat verilib. Nazirlik tərəfindən bu kimi həvəsləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

746533
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
642
1769
6923
25307
746533

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg