Sosial könüllülük layihəsinə yeni cəlb edilmiş gənclərlə keçirilən təlimlər başa çatıb

Naxçıvan şəhərində yerləşən Gənclər Mərkəzində Sosial könüllülük layihəsinə yeni cəlb edilmiş gənclərlə keçirilən təlimlər başa çatıb. Təlimin son günündə çıxış edən Nахçıvаn Muхtаr Rеspublikаsı Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nazirliyinin əməkdaşı Elnar Hüseynov Nazirliyin fəaliyyət sahələri üzrə könüllülərə məlumat verib və bildirib ki, bu tədbirlərdə könüllülük fəaliyyətinin təşkilinin ictimai, sosial və tərbiyəvi əhəmiyyəti böyükdür. Gənclərin sosial tədbirlərdə iştirakı bu sahədə çalışacaq könüllülərin yetişdirilməsi və gələcəkdə onların dövlət qurumlarında işlə təmin olunması baxımından geniş imkanlar yaradır. Qeyd olunub ki, sosial könüllülərin iştirakı ilə ötən il ərzində 11 yaradıcılıq və bilik müsabiqəsi təşkil olunub, xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən sosial xidmətləri əhatə edən 50-ə yaxın tədbirdə könüllülərin iştirakı təmin edilib, ötən dövr ərzində sosial könüllülük layihəsinə cəlb edilmiş 34 nəfər müvafiq sertifikatlarla təmin edilib, əlamətdar günlər münasibətilə 5 sosial könüllü mükafatlandırılıb, keçirilən tədbirlərdə fəal iştirakına görə 14 könüllü təltif olunub.Tədbirin davamında, könüllülərə sosial sahədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumatlar verilib, bu mövzuda slaydlar nümayiş etdirilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, 3 gün davam edən təlimlərdə Nazirliyin struktur qrumları üzrə məsul əməkdaşları tərəfindən muxtar respublikada əhalinin sosial müdafiəsi - ahıl və əlilliyi olan vətəndaşlara göstərilən xidmətlər, məşğulluq sahəsində həyata keçirilən tədbirlər, təhlükəsiz əmək şəraitinin yaradılması və əməyin mühafizəsi, eləcə də Nazirliyin digər fəaliyyət istiqamətləri üzrə könüllülərlə izahedici söhbətlər aparılıb, həmçinin Gənclər Fondunun əməkdaşı tərəfindən könüllülük prinsiplərinin mahiyyəti gənclərin diqqətinə çatdırılıb.

747703
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
290
874
8093
26477
747703

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg