Peşəyönümü məşğələlərin təşkili diqqət mərkəzindədir

Muxtar respublikada həyata keçirilən aktiv məşğulluq tədbirləri cəmiyyətin hər bir üzvünün özünün arzusuna, qabiliyyət və bacarığına uyğun olaraq peşə və ixtisas seçiminə əlverişli zəmin yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyət daşıyır. Proqramın icrası çərçivəsində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Təhsil Nazirliyinin birgə təsdiq etdiyi qrafikə uyğun olaraq, ümumtəhsil məktəblərinin IX, X və XI siniflərində təhsil alan şagirdlərə əmək bazarının tələbləri əsasında bilik və bacarıqlarına uyğun peşə və ixtisas barədə məlumatlar verilir, onlara gələcək peşə seçimində köməklik göstərilir. Cari tədris ili ərzində artıq 4753 şagird bu peşəyönümü məşğələlərə cəlb olunub. Bu istiqamətdə keçirilən tədbirlərin davamı olaraq, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbinin yuxarı sinif şagirdləri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşəyönümlü məşğələlərə cəlb edilib, onlara əmək bazarında tələb olunan peşə və ixtisaslar haqqında məsləhət xarakterli məlumatlar verilib. Tədbir zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan təlim proqramına uyğun olaraq, peşəyönümü məşğələlərin peşə seçimində rolu və əhəmiyyəti, peşə seçimində “səkkiz bucaq situasiyası”, məşhur peşələrin xüsusiyyətləri ilə bağlı mövzular ətrafında elektron lövhədə slaydlar və videomateriallar nümayiş etdirilib, iştirakçılara sorğu blankları təqdim olunub.
Qeyd edək ki, muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərində peşəyönümü məşğələlərinin təşkili tədris ilinin sonuna qədər davam etdiriləcəkdir.

755061
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
555
920
7128
3009
755061

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg