Əlil şəxslər tərəfindən toxunulan isti qış geyimləri hərbi hissəyə təhvil verilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində haqqı ödənilən ictimai işlərin təşkil olunması, əlilliyi olan şəxslərin səmərəli məşğulluğuna, onların sosial müdafiəsinin gücləndirilməsinə əlverişli şərait yaratmışdır. Ötən il ərzində 30-u sağlamlıq imkanları məhdud şəxs olmaqla, ümumilikdə 224 nəfər sosial yönümlü ictimai işlərə cəlb olunmuşdur. Əlilliyi olan qadınlar tərəfindən toxunmuş 4100 cüt corab, 2900 yun boyunluq və 920 yun şərf artıq hərbi hissələrə təqdim edilmişdir. Bu gün isə onlar tərəfindən toxunmuş 700 ədəd yun jilet əsgərlərimizə təhvil veriləcəkdir. Daha sonra Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini general-mayor Rəhim Cəfərov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda yerləşən Ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür. Tədbirdə hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Çıxışların ardından yun jiletlər hərbi hissəyə təhvil verilib.

757957
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
279
1234
2159
5905
757957

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg