2 Aprel “Dünya Autizm Məlumatlandırma Günü” ilə əlaqədar autizm sindromlu uşaqların valideynləri ilə maarifləndirici seminar keçirilib.

Ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da Autizm sindromlu şəxslər hərtərəfli dövlət qayğısı əhatəsindədirlər. Bu gün muxtar respublikamızda məhdud fiziki imkanlı şəxslərin tibbi və sosial reabilitasiyasının təşkili üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud

uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malikdir. Təbii ki, autizm sindromlu uşaqlar da bu diqqət və qayğıdan kənar qalmır. Naxçıvan Muxtar Respublikasında bu kateqoriyadan olan şəxslərin sosial reabilitasiyalarını təmin etmək məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində və Bərpa Mərkəzlərində müvafiq xidmətlər yaradılıb, mərkəzlər bu istiqamətdə bütün zəruri avadanlıqlarla təchiz edilib. Həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, nitq məhdudiyyəti olan, zehni inkişafın ləngiməsi, autizm və daun sindromlu uşaqlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirmək məqsədilə Şərur və Ordubad rayonlarında Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin Defektoloji bölməsinin filialları təşkil edilib. Bu tədbirlərin davamı kimi bu gün Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 2 Aprel “Dünya Autizm Məlumatlandırma Günü” münasibətilə autizm sindromundan əziyyət çəkən uşaqların valideynləri ilə maarifləndirici seminar təşkil olunub. Tədbirdə mərkəzin mütəxəssisləri Autizm haqqında çıxışlar edib, valideynlərə maarifləndirici tövsiyələr verilib. Seminarda həmçinin, slayt və şəkillərdən istifadə olunub, valideynlərin sualları cavablandırılıb. Sonda valideynlərə Regional İnformasiya Mərkəzinin layihəsi əsasında hazırlanan animasiyalı maarifləndirci video çarxın nümayişi olub.

765260
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
37
694
4573
13208
765260

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg