Hərbi xidmətdən tərxis edilmiş gənclərin məşğulluqlarının təmin olunması ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq hərbi xidmətdən tərxis olunmuş şəxslərin məşğulluqlarının təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Ordubad və Culfa rayonları üzrə hərbi xidmətdən tərxis edilmiş gənclərin məşğulluqlarının təmin olunması ilə bağlı Culfa rayonunda tədbir keçirilib.
Bununla əlaqədar olaraq keçirilən tədbirlərdə yeni tərxis olunmuş gənclərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, onların əmək bazarına inteqrasiyası və rəqabət qabiliyyətinin artırılması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.
Gənclərin vakant iş yerlərinə, peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyatı aparılıb. Mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb.

748758
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
80
745
825
27532
748758

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg