Şərur rayonunda hərbi xidmətdən tərxis edilmiş gənclərin məşğulluqlarının təmin olunması ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Şərur, Sədərək və Kəngərli rayonları üzrə hərbi xidmətdən tərxis edilmiş gənclərin məşğulluqlarının təmin olunması ilə bağlı Şərur rayonunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq hərbi xidmətdən tərxis olunmuş şəxslərin məşğulluqlarının təmin olunması və sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır.
Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə muxtar respublikanın rayonlarında keçirilən tədbirlərdə yeni tərxis olunmuş gənclərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, onların əmək bazarına inteqrasiyası, rəqabət qabiliyyətinin artırılması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib. Diqqətə çatdırılıb ki, müxtəlif peşələrə yiyələnmək istəyənlər qeydiyyata alınaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzinə təhsil almaq üçün göndəriləcəklər. Həmçinin tədbirdə məlumat guşəsi yaradılıb. Sonra gənclər onlara təqdim edilən boş iş yerləri ilə tanış olublar. Gənclərin vakant iş yerlərinə, peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyatı aparılıb. Mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb.

765665
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
442
694
4978
13613
765665

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg