Naxçıvan şəhərində hərbi xidmətdən tərxis edilmiş gənclərin məşğulluqlarının təmin olunması ilə bağlı tədbir keçirilib

Hərbi nizamnamə tәlәblәri baxımından adi həyat tərzindən fәrqlәnәn ordu xidməti dövrünü başa vurmuş bu insanların cәmiyyәtә sosial-psixoloji adaptasiyası və fәal həyata qoşulması üçün çevik dövlәt siyasətinin formalaşdırılması olduqca vacibdir. Bu baxımdan “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” mühüm əhəmiyyətə

malikdir. Hərbi xidmətdən tərxis olunan gәnclәrin ən mühüm problemlərindən biri onların məşğulluğu, yeni ixtisaslara yiyәlәnmәsi və işlә təmin olunmalarıdır. Məşğulluq problemlərinin həlli istiqamәtindә hәyata keçirilən tədbirlər sosial-iqtisadi xarakter daşımaqla yanaşı, həm də gәnclәrin hərbi-vәtәnpәrvәrlik tәrbiyәsi baxımından mühüm әhәmiyyәt kәsb edir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə muxtar respublikanın müxtəlif rayonlarında tədbirlər keçirilir. Bu tədbirlərin davamı kimi, növbəti tədbir Naxçıvan şəhəri və Şahbuz rayonu üzrə hərbi xidmətdən tərxis edilmiş gənclərin məşğulluqlarının təmin olunması ilə bağlı Naxçıvan şəhərində keçirilib. Tədbirdə çıxış edənlər, hərbi xidmətdən tərxis olunan şəxslərin vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına həmçinin, ictimai işlərə cəlb olunması, onların əmək bazarına inteqrasiyası, özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verib. Diqqətə çatdırılıb ki, müxtəlif peşələrə yiyələnmək istəyənlər qeydiyyata alınaraq Naxçıvan Regional Peşə Tədris Mərkəzinə təhsil almaq üçün göndəriləcəklər. Həmçinin, tədbirdə məlumat guşəsi yaradılıb. Sonra gənclər onlara təqdim edilən boş iş yerləri ilə tanış olublar. Gənclərin, vakant iş yerlərinə, peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyatı aparılıb. Sonda, mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb və hərbi xidmətdən yeni tərxis olunmuş Bayramov Nicat onlar üçün yaradılmış şəraitə görə minnətdarlığını bildirib.

747653
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
240
874
8043
26427
747653

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg