Növbəti əmək yarmarkası Kəngərli rayonunda keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikamızda yeni iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə öz töhfəsini verir.
Keçirilən əmək yarmarkaları da əhalinin məşğulluğunun təmin olunmasında və sosial müdafiəsinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Dövlət Proqramının icrası ilə əlaqədar, işaxtaranların səmərəli məşğulluğu üçün əlverişli şərait yaradılır, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkili, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsinin güclənməsi, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluqların təmin edilməsi diqqət mərkəzində saxlanılır.
Qeyd edək ki, Dövlət Proqramının icrasına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən muxtar respublikada işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması istiqamətində aktiv məşğulluq tədbirləri həyata keçirilir. Bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin olunması, məşğulluq sahəsində informasiya sisetminin təkmilləşdirilməsi, onun tələblərinə uyğun olaraq işaxtaran və işsiz şəxslərin, peşə hazırlığı kurslarına və ictimai işlərə cəlb olunması, sosial qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud şəxslərin və aztəminatlı ailələrin özünüməşğulluğunun təşkil edilməsidir.
Bu tədbirlərin davamı olaraq aprel ayının 8-də növbəti əmək yarmarkası Kəngərli rayonunda keçirilib. Kəngərli rayonunda keçirilən əmək yarmarkasında işaxtaranlara 8 dövlət və 8 özəl sektor olmaqla, ümumilikdə 16 müəssisədən 102 boş iş yeri təqdim edilib ki, bunlardan 49-u qulluqçu vəzifəsi və 53-ü isə fəhlə peşəsi təşkil edib. Qeyd edək ki, əmək yarmarkalarında 33 nəfərin sözügedən vakansiyalar üzrə işə göndərilməsi təmin olunmuş, 7 nəfərin peşə hazırlığı kurslarına və 4 nəfərin isə Özünüməşğulluq Proqramına cəlb edilməsi üçün qeydiyyatı aparılmışdır.
Əmək yarmarkaları aprel ayı ərzində davam edəcək və növbəti əmək yarmarkası aprel ayının 9-da Şahbuz rayonunda təşkil ediləcəkdir.

765260
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
37
694
4573
13208
765260

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg